Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-858/2022 16.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X5, barəsində inzibati icraat aparılan şəxs Şəxs, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş 16 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-174/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə qalıq 40030 manat borcunu ödəməkdən yayınmışdır. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X9 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Borclu qeydiyyatda olduğu ünvanda yaşamadığından bu müddət ərzində onunla əlaqə saxlamaq mümkün olmamışdır və nəticədə onun yerini müəyyən etmək üçün barəsində axtarış elan olunmuşdur. İcra sənədinin icrası ilə bağlı izahatı alınmış və izahatında icra sənədi üzrə hazırkı tarixədək yaranmış borcunu hazırda ödəyə bilməyəcəyini, lakin ona vaxt veriləcəyi təqdirdə borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Hazırda görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol məhkəməyə təqdim edildikdən sonra borclu icra sənədi üzrə 530 manat ödəniş etmişdir. Göstərilənləri nəzərə alıb borclunun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında iştirakını təmin etmək üçün xx.xx.2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılsa da, X7məhkəmə iclasında iştirak edə bilmədiyini, bugünə cəmi borclu tərəfindən 5000 manat pulun ödənildiyini, hazırda isə borclu tərəfindən icra sənədinin icra edilməsini xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, müxtəlif vaxtlarda tələbkarın xeyrinə borcundan ümumilikdə 5000 manat ödənişlər etmişdir. Bundan başqa o, yaxın zamanlarda xəstəliyi ilə bağlı əməliyyat olunmuşdur. Hazırda icra sənədi üzrə 530 manat ödəniş etmişdir və qalıq borcunu qısa müddətdə ödəyəcəyini bildirmişdir. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində həbslə əlaqəli olmayan inzibati tənbeh tətbiq edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında vəkil X6 çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin icra sənədi üzrə əvvəllər 5000 manat ödədiyini, hazırda 530 manat ödəniş etməsini, onun yeni əməliyyat olunmasını və hazırda əməlindən səmimi peşman olmasını nəzərə alıb barəsində olan inzibati xəta haqqında materialın icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-174/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə qalıq 40030 manat borcunu ödəməkdən yayınmışdır; Yevlax Rayon Məhkəməsinin 2(039)-174/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Şəxs 45000 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat iddiaçı xeyrinə verilməlidir; icraata başlama haqqında xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-174/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; tələbkar İ.İsmayılovun icra qurumuna ünvanladığı xx.xx.2022-ci il tarixli teleqramından görünür ki, Şəxs tərəfindən ona bugünədək cəmi 5000 manat pul ödənilmişdir: xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Şəxs X3 hesabına 530 manat ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, icra məmurunun və borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən tam şəkildə yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Yevlax Rayon Məhkəməsinin 2(039)-174/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu tam şəkildə icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirməməklə icra sənədinin üzrsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən halları (əməliyyat olunamsını),hazırkı iş üzrə sonuncunun məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə Şəxs barəsində göstərilən maddənin sanksiyasının daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi 1 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 6 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-858/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-858/2022
16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver