Məhkəmə qərarları › İş №3(039)-861/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-861/2021

23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-861/2021 23.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Səlahiyyətli orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mingəçevir regional ərazi şöbəsinin nümayəndəsi X5, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin 05 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Səlahiyyətli orqanın qərarına görə X6 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Bununla əlaqədar Yevlax rayon prokuroru, baş ədliyyə müşaviri Ceyhun Almasov tərəfindən 11.10.2021-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında X13 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin rəisi vəzifəsini icra edən X9 tərəfindən 05.11.2021-ci il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan, barəsində inzibati xəta haqqında qərar çıxarılmış X14 oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırılmışdır ki, guya ki, o, Yevlax rayonu Qaraməmmədli kəndində Oğuz rayon sakini Sakit Dursunovu və onun qeyri-rəsmi arvadı olan Şəmkir rayon sakini Sücayət adlı qadını Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan hər hansı işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Halbuki, belə hal mövcud olmamışdır. Eyni zamanda o, vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmuş və cərimə olunmuşdur. Halbuki o, 2021-ci ilin aprel ayında vəzifəli şəxs olmamış və vergi ödəyicisi kimi 2021-ci ilin avqust ayında qeydiyyata alınmışdır. X6 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o ümumiyyətlə Oğuz rayon sakini Sakit Dursunovu və onun qeyri-rəsmi arvadı olan Şəmkir rayon sakini Sücayət adlı qadını bir gün belə işlətməmiş və onları işlətməyi barədə olan iddia tam əsassızdır. Bundan başqa o, vəzifəli şəxs kimi cərimə edilmişdir. Hansı ki, həmin şəxslərlə onun arasında problemlərin yarandığı vaxt o, vəzifəli şəxs olmamışdır. Belə ki, 2021-ci ilin aprel ayında onların arasında söz-söhbət olmuş, buna görə Sakitin barəsində cinayət işi başlanmışdır. Həmin vaxtdan da onların əlaqəsi tamamilə kəsilmişdir. O isə bundan təxminən 4 ay sonra, yəni 2021-ci ilin avqust ayında VÖEN açdıraraq vəzifəli şəxs statusunu əldə etmişdir. Hesab olunsa ki, o, həmin inzibati xətanı törətmişdir, bu zaman o, vəzifəli şəxs kimi deyil fiziki şəxs kimi məsuliyyətə cəlb olunmalı idi. Məhkəmə iclasında səlahiyyətli orqan X13 Xidməti Mingəçevir regional ərazi şöbəsinin nümayəndəsi X10 çıxış edərək bildirmişdir ki, Yevlax rayon prokuroru tərəfindən 11 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar qəbul edilmişdir və həmin qərarda X6 vəzifəli şəxs kimi göstərilmiş və bu səbəbdən də X6 vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 11 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərarda göstərilmişdir ki, 26.02.1983-cü il təvəllüdlü, Yevlax rayonu Qaraməmmədli kəndində qeydiyyatda olmaqla yaşayan 11 saylı Ərazi Vergilər Baş İdarəsində fiziki şəxs kimi ********** nömrə ilə vergi ödəyicisi kimi uçota alınmış, vəzifəli şəxs hesab edilən, işəgötürən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılsın və qəbul olunmuş qərar aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinə göndərilsin; MN seriyalı ******* nömrəli 05.11.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X6 fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Nəticədə X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. X4 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 manat cərimə tənbeh növü tətbiq edilmişdir; Fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamədən görünür ki, X6 02 avqust 2021-ci il tarixdə vergi ödəyicisi kimi qeydə alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Yevlax rayon prokuroru tərəfindən Fərid Niftalıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati icraat başlanılmışdır. Həmin inzibati icraat ona görə başlanılmışdır ki, X6, 2021-ci ilin yanvar ayından əvvəllərindən 2021-ci ilin aprel ayının 22-nə qədər X3 və X7 Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan, hər ay 300 manat əmək haqqı ödəməsi şərti ilə Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən, özünə məxsus fermada saxladığı iribuynuzlu heyvanlara qulluq etmələri üçün işlərin görülməsinə cəlb etmişdir. Qeyd olunan hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmış və Fərid Niftalıyev tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. X15 tərəfindən inzibati xətanın 2021-cilin yanvar ayının əvvəllərindən 2021-ci ilin aprel ayının 22-nə qədər olan müddətdə törədildiyini, sonuncunun vergi ödəyicisi kimi 02 avqust 2021-ci ildə qeydə alındığını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən F.Niftalıyevin vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunması qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnmiş və səlahiyyətli orqanının gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar göstərilmişdir. Həmin əsaslardan biri kimi, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, qeyd olunmuşdur(maddə 135.1.1). İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. X13 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin rəisi vəzifəsini icra edən X9 tərəfindən 05.11.2021-ci il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir və iş yenidən baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin rəisi vəzifəsini icra edən X9 tərəfindən 05.11.2021-ci il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar