Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-863/2023 25.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Yol Polisi İdarəsinin inzibati tənbeh vermə qərarından məhkəmə nəzarəti qaydasında verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət vermiş şəxs X3 şikayət ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 17875675 nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsasız olduğunu bildirmişdir. Belə ki,həmin vaxt onun sürücülük vəsiqəsinin vaxtı bitdiyi üçün avtomobili onun idarə etmədiyini,o, sərnişin yerində əyləşdiyini,avtomobili sürücülük vəsiqəsi olan qohumu X2 idarə etdiyini,hec bir əsas olmadan ona 100 manat cərimə olunduğunu bildirərək DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 17875675 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X3 25 dekabr 2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X1 şikayətin geri qaytarılması barədə ərizəsi təmin olunmalı və şikayət baxılmadan onu vermiş şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 şikayəti baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-863/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-863/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver