Məhkəmə qərarları › İş №3(039)-863/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-863/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-863/2024 27.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə Yevlax rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1964-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay,orta təhsilli, işləməyən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Şəxs barəsində Yevlax Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala, Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yevlax Rayon Prokurorluğundan inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs Şəxs xx.xx.2024-cü il tarixdə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə zamanı Şəxs narkotik vasitə olan marixuanadan istifadə etməsi müəyyən olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək, əməlindən səmimi peşman olduğunu göstərniş və məhkəmədən barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşə əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 4(039)-52/2024 saylı qərarından görünür ki, Şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alır və onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin və Yevlax Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə barəsində Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(039)-52/2024 saylı qərarı ilə həbs qətimkan tədbirinin seçildiyi nəzərə alınsın. Elan edilmiş qərarın surəti Şəxs təqdim edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 tərəfindən göstərilən 1 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 6 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 ödənilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar