Məhkəmə qərarları › İş №3(039)-865/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-865/2022

19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-865/2022 19.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, leytenantı X3, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bərdə rayonu Mustafaağalı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə DİN DBYPŞ-nin dövlət imtahan qeydiyyat şöbəsində ictimai qaydanı pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis X1 Bölməsinin polis sahə rəisi X5 protokola uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə DİN DBYPİ-nin Yevlax rayonunda 7 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində səs-küy salaraq şöbənin iş rejimini pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək vermiş olduğu izahatında göstərmişdir ki, İİ Qarabağ müharibəsi iştirakçısıdır və müharibə qazisidir. xx.xx.2022-ci il tarixdə xalası oğluna məxsus avtomobili texniki baxışdan keçirtmək məqsədi ilə onunla birlikdə DİN DBYPİ-nin Yevlax dövlət imtahan qeydiyyat şöbəsinə gəlmişlər. O, xalası oğluna məxsus avtomobili texniki baxışdan keçirtmək üçün şöbədə məsul şəxsə yaxınlaşmış və Qarabağ müharibəsi qazisi olduğunu bildirərək avtomobili texniki baxışdan keçirməyi xahiş etmişdir. Lakin məsul adını bilmədiyi bir nəfər şöbənin əməkdaşı onlardan avtomobili qeydiyyatdan keçirtmək üçün 100 manat məbləğində pul istəmişdir. O, həmin şəxsə 50 manat pulunun olduğunu və həmin məbləğ müqabilində avtomobili texniki baxışdan keçirtməyi xahiş etmişdir. Lakin şöbənin əməkdaşı razılaşmadıqdan sonra o, həmin şəxsə 70 manat pulunun olduğunu bildirmişdir. Bundan sonra xalası oğlu başqa tanımadığı şəxslə razılaşaraq avtomobili texniki baxışdan keçirtdikdən sonra avtomobilin sənədlərini onlaraq təqdim etmişlər. Bundan sonra o, məsul şəxsə “mən qaziyəm sizdən 50 manata avtomobili texniki baxşdan keçirtməyi xahiş etdim, lakin Siz dediz ki, 100 manatdan aşağı mümkün deyil. Bəs niyə indi 70 manat texniki baxışdan keçirtdiz” sözləri dedikdən sonra post patrul xidmətinin əməkdaşları gələrək onu rayon polis şöbəsinə apardılar. Bundan əlavə olaraq o, ictimai qaydanı pozmadığını bildirmiş və barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Hazırda qeyd etdiyi hallarla bağlı polis əməkdaşlarından şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RQİ və TBŞ-nin əməkdaşı polis baş leytenantı X4 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə şöbəyə yaxınlaşaraq xalası oğluna məxsus avtomobili texniki baxışdan keçirtmək istədiyini bildirdikdə, ondan avtomobilə onun mülkiyyət hüququnu təsdiq edən sənədləri tələb etmişlər. Lakin o, heç bir sənəd təqdim etmədən şöbənin ərazisində vətəndaşların sıx olduğu yerdə şöbənin əməkdaşlarının ünvanına nalayiq sözlər işlədərək səs-küy salmışdır. Bundan sonra rayon polis şöbəsinin əməkdaşlarına məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RQİ və TBŞ-nin polis nəfəri, polis serjantı X6 şahid X2 izahatına uyğun izahat vermişdir. İnzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış, habelə polis orqanı məsələ ilə bağlı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və nəticədə sonuncunun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, həm barəsində inzibati icraat aparılan Şəxs verdiyi izahatda, həm də şahid ifadələrində, eləcə də iş materiallarında Şəxs tərəfindən Yevlax RQİ və TBŞ-nin ərazisində ictimai qaydanı pozmasına dəlalət edə biləcək hallar sübuta yetirilməmiş, digər birbaşa sübutlar məhkəmə baxışı zamanı, habelə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma gedişatında aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiasına görə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində ictimai qaydanı pozan, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar