Məhkəmə qərarları › İş №3(039)-865/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-865/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-865/2023 24.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon prokurorunun köməkçisi X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərarda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə qanunsuz olaraq stış məqsədi olmadan narkotik vasitə olan qurudulmuş marixuana əldə edib saxlamışdır. Bununla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon prokurorunun köməkçisi X3 çıxış edərək bildirmişdir ki, Fiziki şəxs Şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında 1,38 qram narkotik vasitə oları qurudulmuş marixuananı məlum olmayan mənbədən və vaxtda əldə edib yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin pilləkəninin sağ kənarında siqaret qutusunun içərisində saxlamış və Yevlax RPŞ-nin TB-nin təhqiqatçısı, polis, kapitanı X1 tərəfindən 19 avqust 2023-cü il tarixdə Şəxs yaşadığı evə baxış zamanı həmin evin pilləkəninin sağ kənarından siqaret qutusunu içərisində qurudulmuş marixuana aşkar olunub götürülmüş, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan irızi oati xətanı törətmişdi'. Qeyd edilənlər Yevlax RPŞ-nin İB-nin icraatında olmuş 2304O0147 nömrəli cinayət işi üzrə baxış keçirilməsi haqqında protokol, ekspertizanın rəyi, Şəxs ifadəsi və digər sənədlər ilə təsdiq edilir. Belə ki, 19 avqust 2023-cü il tarixdə Yevlax RPŞnin TB-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən Şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə sonuncunun iştiraxı ilə baxış keçirilərkən Şəxs yaşadığı fərdi yaşayış evinə qalxan pilləkənin sağ kənarında “Qırmızı Arqo” markalı siqaret qutusunun içərisindən curudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, həmin kütlə içərisində dduğu siqaret qutusu ilə birlikdə elektron tərəzi vasitəsilə çəkilmiş və siqaret qutusu ilə Diri <də ıırıumi çəkisinin 4,9 qram olduğu müəyyən edilmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsidə ədadlətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək hazırda əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 99.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi səlahiyətli orqanın nümayəndəsinin və barəsində inzibati icraat aparılan şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında material, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar