Məhkəmə qərarları › İş №3(039)-866/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-866/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-866/2024 05.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X2 Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X2 Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: Göyçay rayonu Çayarxı kəndində qeydiyyatda olan «X5 Kombinatı» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Gömrük İdarəsindən daxil olmuş 00900-00392/24 nömrəli, 21 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Gəncə Gömrük İdarəsi, X4 Əməliyyat yə Təhqiqat şöbəsinə 10 iyul 2024-cü il tarixli 3-33-1600/019/002419 saylı raport daxil olmuşdur. Raportun araşdırılması nəticəsində müəyyən edilmişdir ki. Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixli 067/21 nömrəli müqavilə və xx.xx.2023-cü tarixli 6 nömrəli müqaviləyə əlavə əsasında xx.xx.2023-cü il tarixli **********190 sorğu nömrəli gömrük bəyannaməsi üzrə dəyəri 33630.97 ABŞ dolları olan “Pambıq lifi” yükü Yevlax gömrük postunda rəsmiləşdirilərək Türkiyə Respublikasına ixrac edilmişdir.”MKT İstehsalat Kommersiya” MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********61190 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən 440.97 (dörd yüz qırx dollar doxsan yeddi sent) ABŞ dolları malların bəyan edildiyi gündən 180 gün ərzində ixracatın hesabına geri köçürülməmişdir. Səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə prosesində verdiyi izahatda bildirmişdir ki, Gəncə Gömrük İdarəsi, X4 Əməliyyat yə Təhqiqat şöbəsinə 10 iyul 2024-cü il tarixli 3-33- 1600/019/002419 saylı raport daxil olmuşdur. Raportun araşdırılması nəticəsində müəyyən edilmişdir ki. Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixli 067/21 nömrəli müqavilə və xx.xx.2023-cü tarixli 6 nömrəli müqaviləyə əlavə əsasında xx.xx.2023-cü il tarixli **********190 sorğu nömrəli gömrük bəyannaməsi üzrə dəyəri 33630.97 ABŞ dolları olan “Pambıq lifi” yükü Yevlax gömrük postunda rəsmiləşdirilərək Türkiyə Respublikasına ixrac edilmişdir.”MKT İstehsalat Kommersiya” MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********61190 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən 440.97 (dörd yüz qırx dollar doxsan yeddi sent) ABŞ dolları malların bəyan edildiyi gündən 180 gün ərzində ixracatın hesabına geri köçürülməmişdir. Məhkəmə iclasında «MKT İstehsalat Kommersiya” MMC-nin nümayəndəsi ilə telefonla əlaqə saxlanmış, və məhkəməyə dəvət olunmuş, lakin onlar məhkəmə iclasına gələ bilməyəcəklərini özlərini təqsirli bildiklərini və məsələni məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə Gömrük İdarəsindən daxil olmuş 00900-00392/24 nömrəli, 21 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Gəncə Gömrük İdarəsi, X4 Əməliyyat yə Təhqiqat şöbəsinə 10 iyul 2024-cü il tarixli 3-33-1600/019/002419 saylı raport daxil olmuşdur. Raportun araşdırılması nəticəsində müəyyən edilmişdir ki. Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixli 067/21 nömrəli müqavilə və xx.xx.2023-cü tarixli 6 nömrəli müqaviləyə əlavə əsasında xx.xx.2023-cü il tarixli **********190 sorğu nömrəli gömrük bəyannaməsi üzrə dəyəri 33630.97 ABŞ dolları olan “Pambıq lifi” yükü Yevlax gömrük postunda rəsmiləşdirilərək Türkiyə Respublikasına ixrac edilmişdir.”MKT İstehsalat Kommersiya” MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********61190 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən 440.97 (dörd yüz qırx dollar doxsan yeddi sent) ABŞ dolları malların bəyan edildiyi gündən 180 gün ərzində ixracatın hesabına geri köçürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması hallar nəzərə alınır. 64.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxarkən hakim hüquqi şəxsin nümayəndəsinin iştirakını məcburi hesab edə bilər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. AZƏRBAYCAN RESPUBLİKASİ KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli Qərarına əsasən Eyni zamanda qeyd edilməlidir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 3 və 12.1-ci maddələri). Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Beləliklə, məhkəmə, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 40 faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ünvan 1-də qeydiyyatda olan Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyuta 440.97 ABŞ dolları (Azərbaycan manatına nisbətdə) vəsaitin 30 faizi miqdarında, cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar