Məhkəmə qərarları › İş №3(039)-869/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-869/2020

20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-869/2020 20.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Dövlət X9 12-ci tağımın yol patrul xidməti inspektoru, polis serjantı X2 tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş TP seriyalı ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Dövlət X9 12-ci tağım yol patrul xidməti inspektoru, polis serjantı X2 tərəfindən tərtib edilmiş İXP seriyalı ******* saylı xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqında protokol və həmin protokol əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Dövlət X9 Xİİ tağım yol patrul xidməti inspektoru, polis serjantı X2 tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş TP seriyalı ******* saylı inzibati xəta haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 200 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, X4 xx xxxxxx 2020-ci il tarixdə saat 18:10-da Bakı-Quba yolunun 52-ci kilometrliyində idarə etdiyi “MERSEDES E 320 4 MATİC MİNİK” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili ilə epidemiya əleyhinə rejiminin, sanitariya–gigiyena və karantin rejimi qaydasının pozulması halına yol vermişdir. Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən İXP seriyalı ******* saylı xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protkol tərtib edilmiş və həmin protokol əsasında Baş Dövlət X9 12ci tağımında xx xxxxxx 2020-ci tarixli TP seriyalı ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 200 manat məbləğində cərimə edilmişdir. X4 şikayətini onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə ailə üzvləri ilə birlikdə faktiki yaşadığı ünvan Abşeron rayonuna getmək üçün Xaçmaz şəhərindən Bakıya doğru gələn zaman yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Yol patrul xidməti əməkdaşı saxlama səbəbi izah olunmadan sənədlərini təqdim etməsini tələb etmişdir. Yol patrul xidməti əməkdaşının qanuni tələbinə əsasən o, sənədlərini təqdim etmişdir. Yol patrul xidməti əməkdaşı heç bir əsas gətirmədən barəsində bir başa olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edərək yoluna davam etməyini bildirmişdir. O, əməkdaşdan hansı səbəbdən saxlanıldığını və əgər barəsində qərar qəbul olundusa qərarın bir surətinin ona verilməsini tələb etmişdir. Yol patrul xidməti əməkdaşı isə qərarın online qaydada yazıldığını və ünvanına göndəriləcəyini bildirdi. Lakin bu günə kimi nə qeydiyyatda olduğu ünvana, nə də faktiki yaşadığı ünvana səlahiyyətli orqan tərəfindən heç bir məlumat, bildiriş və ya qərar daxil olmamışdır. Barəsindədə qəbul edilmiş qərar özü Dövlət X10 gedərək əldə etmişdir. Həmin qərarın əsassız olduğunu hesab edir. Belə ki, barəsində qəbul edilmiş inzibati xəta haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələbini pozmağı olmuş, ona qanunla müəyyən edilmiş qaydada hüquq və vəzifələri izah olunmamış, xətanın mövcudluğunu qəbul edib etməməyi öz əksini tapmamışdır. Həmçinin "X7" Azərbaycan Respublikası Qanunun hansı maddəsinin və ya bəndinin tələbini pozmuşdur ki, polis əməkdaşı onu İnizbati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilib barəsində inzibati tənbeh tədbiri tətbiq etmişdir. Bundan əlavə yol patrul xidməti əməkdaşının barəsində birbaşa olaraq qərar qəbul etməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə ziddir. Belə ki, qanunvericiliyin tələbinə əsasən ilk öncə inzibati xəta haqqında protokol tərtib edilir, şəxs qeyd olunan qayda pozuntusu ilə razılaşdıqda barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilir. Göründüyü kimi o razılaşmadığı halda inzibati xəta haqqında qərar həmin gün qəbul edilmişdir. Əlavə olaraq hesab edir ki, onun hüquqları kobud surətdə pozulmuşdur. Ona qərar təqdim edilməmiş, hüquq və vəzifələri izah edilməmiş və barəsində qanunsuz və əsassız olaraq qərar qəbul edilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Dövlət X9 Xİİ tağım yol patrul xidməti inspektoru, polis serjantı X2 tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş TP seriyalı ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahişedir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 verilmiş şikayətin dəlillərinə uyğun surətdə məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə yaşadığı Quba şəhərindən qeydiyyatda olduğu Yevlax şəhərinə getmək üçün yola çıxmışdır. O, Quba şəhərinə karantin rejimi tətbiq edilməmişdən əvvəl getmişdir və oradan, qeydiyyatda olduğu Yevlax şəhərinə qayıtmaq üçün birbaşa yol olmadığından məcbur qalaraq Abşeron rayonunun ərazisinə keçməklə Yevlax şəhərinə gəlməli idi. Bu səbədən o, hər hansı icazənin alınmasının lazım olduğunu bilməmişdir. Onun Abşeron rayonuna girişə icazəsi olmasa da, Yevlax şəhərinə getməsi üçün məcbur qalaraq o, həmin yolu getməli olmuşdur. Polis əməkdaşları əsassız olaraq barəsində inzibati protokol tərtib edərək onu məsuliyyətə cəlb etmişlər. İnzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Səlahiyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə səlahiyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş TP seriyalı ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X4 xx xxxxxx 2020-ci il tarixdə saat 18:10-da Bakı-Quba yolunun 52-ci kilometrliyində idarə etdiyi “MERSEDES E 320 4 MATİC MİNİK” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili ilə epidemiya əleyhinə rejiminin, sanitariya–gigiyena və karantin rejimi qaydasının pozulması halına yol vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının 2.4-cü bəndində qeyd edilmişdir ki, Daxili İşlər Nazirliyi adından Məcəllənin 211-ci... maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – dövlət yol polisinin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş Dövlət X8, dövlət yol polisi idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları qərar qəbul etmək səlahiyyətinə malikdirlər. Məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün hazırkı inzibati iş üzrə inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 məhkəmə araşdırması zamanı vermiş olduğu izahatı müqayisəli şəkildə tədqiq edib, bu izahatda bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, mübahisəli hissələrə isə həmin izahatların sübuta yetirilməsinin mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X9 Yol Patrul Xidməti Alayının 12-ci tağım yol patrul xidməti inspektoru, polis serjantı X2 tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş TP seriyalı ******* saylı inzibati xəta haqqında qərar, inzibati iş üzrə inzibati xəta haqqında qərardan şikayət vermiş şəxsin izahatı və verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, X4 xx xxxxxx 2020-ci il tarixdə saat 18:10-da Bakı- Quba yolunun 52-ci kilometrliyində idarə etdiyi “MERSEDES E 320 4 MATİC MİNİK” markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili ilə epidemiya əleyhinə rejiminin, sanitariya–gigiyena və karantin rejimi qaydasının pozulmasıhalı aşkar olunmuş və o, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 200 manat məbləğində cərimə tətbiq olunmuşdur. X4 şikayət ərizəsində və məhkəmə iclasında səsləndirmiş olduğu xx xxxxxx 2020-ci il tarixdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması tələbinə əməl etməyərək Bakı-Quba yolunun 52-ci kilometriyində “icazəsiz olaraq yaşayış yerini tərk edərək” kimi izahatı ilə faktiki olaraq qeyd olunan tarixdə tərəfindən törədilmiş olan inzibati xətanı etiraf etmiş olur. Belə olan halda xx xxxxxx 2020-ci il tarixdə qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və ümumi məlum olan faktlarla təsdiq edildiyindən, inzibati qərar əsasında X1 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X9 Yol Patrul Xidməti Alayının 12-ci tağımının əməkdaş tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və həmin protokol əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X9 Yol Patrul Xidməti Alayının 12-ci tağım yol patrul xidməti inspektoru, polis serjantı X2 tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş TP seriyalı ******* saylı inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X9 Yol Patrul Xidməti Alayının 12-ci tağımının yol patrul xidməti inspektoru, polis serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında xx.xx.2020-ci il tarixdə qəbul edilmiş TP seriyalı ******* saylı inzibati xəta haqqında qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar