Məhkəmə qərarları › İş №3(039)-869/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-869/2022

20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-869/2022 20.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Yevlax rayon prokurorunun müavini X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2981-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış və Yevlax rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax rayon prokurorluğunda tərtib olunmuş qərar baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İstintaq zamanı dindirilmiş Şəxs ifadəsində göstərmişdir ki,Yevlax şəhəri M.Müşviq keçəsi 27 ünvanında yaşayır.O,təxminən 2 ildir ki narkotik maddə istifadəcisidir. O,narkotik vasitələri iki ildir ki şəxsən tanımadığı Ramil adlı şəxsdən satın alır.18 sentyabr 2022-ci il tarixdə o Çənlibel qəsəbəsində yaşayan Ramil adlı şəxsin evinə gedib ondan narkotik vasitəni istəyib.O, Ramildən 20 manat qarşılığında bir büküm kakos adlandırılan narkotik maddə və iki büküm patı adlandırılan narkotik maddə satin aldığını bildirmişdir.Həmin narkotik maddəni bir kibrit qutusuna,kibrit qutusunu da başındakı boz rəngli papağın altina qoyub.Həmin narkotik maddəni başında gəzdirən zaman saat təxminən 18 radələrində C.Məmmədquluzadə küçəsində olarkən polis əməkdaşları ona yaxinlaşan zaman özünü şübhəli apardığı üçün polis şöbəsinə dəvət olunub.Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış və götürmə kecirildiyini bildirmişdir.Onun boz rəngli papağın altından 1 ədəd kibrit qutusu aşkar olunub.Həmin kibrit qutusuna baxış zamanı onun içərisində narkotik maddə olan göy rəngli siqaret kağızına bükülmüş kakos və 1 ədəd göy rəngli siqaret kağızına və bir ədəd ağ rəngli sellofana bükülmüş ümumilikdə 2 büküm psixotrop maddə olan patıya bənzər kütlə aşkar edildiyini bildirmişdir.O, etdiyi əməlindən peşmandır və bir daha narkotik vasitə istifadə etmiyəcəkdir.O,üzərindən aşkar edilərək götürülmüş həmin narkotik vasitə heroini və psixotrop maddəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Məhkəmə iclasında Yevlax rayon prokurorunun müavini X2 çıxış edərək bildirmişdir ki, müstəntiq X5 tərəfindən aparılmış araşdırma zamanı Şəxs əməlində cinayət tərkibi olmadığından 19 sentyabr 2022-ci il tarixli qərarla barəsində cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün qərarın surəti Yevlax rayon prokurorluğuna göndərilmişdir. Bundan sonra müəyyən edilmişdir ki, xx.xx.1981-ci ildə Yevlax şəhərində anadan olmuş, subay, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş, Yevlax şəhəri, M.Müşviq küçəsi 27 saylı evdə yaşayan Şəxs Ramil adlı şəxsdən qəsdən satış məqsədi olmadan şəxsi istehlak miqdarında ümumi çəkisi 0,148 qram psixotrop paddə olan metamfetamin və bir bükümdə çəkisi 0,022 qram narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamış və Şəxs narkotik vasitələrin qanunsuz saxlanılmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğu üçün 2022-ci il sentyabrın 18-də saat 18:00 radələrində Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhəri C.Məmmədquluzadə küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üstünə saat 18:50 radələrində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində başında olan papağın içərisində kibrit qutusunda olan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında əldə edib saxladığı ümumi çəkisi 0,148 qram psixotrop paddə olan metamfetamin və bir bükümdə çəkisi 0,022 qram narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində göstərilir ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlinin tərkibi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma zamanı yaranır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi nəticəsində yaranır. X4 tərəfindən aparılmış araşdırma zamanı Şəxs 0,148 qram psixotrop maddə olan metanfetamin və bir bükümdə çəkisi 0,022 kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin ilə bağlı onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün 19 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarın surəti Yevlax rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Yevlax rayon prokuroru qarşısında məsələ qaldırılması qərara alınmışdır; inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında 20 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi Yevlax rayon prokurorunun müavini X1 və barəsində inzibati icraat aparılan şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini,məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 ( üç yüz) manat məbləğində cərimə edilsin Qərarın icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar