Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-869/2024 29.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, DYP-nin polis serjantı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Yasamal rayon 2-ci Alatava küçəsi ev 30-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-cı maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 28 avqust 2024-cü ildə özünə məxsus “İsuzu” markalı **-KU-*** qeydiyyat nişanlı avtomobilini narkotik vasitənin istifadəsi nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, və barəsində İXM-nin 333-1.2-ci maddəsi ilə: 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati protokol tərtib edilmişdir. Protokolu tərtib etmiş DYP-nin polis serjantı X2 protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, 28 avqust 2024-cü ildə özünə məxsus “İsuzu” markalı **-KU-*** qeydiyyat nişanlı avtomobilini narkotik vasitənin istifadəsi nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, və barəsində İXM-nin 333-1.2-ci maddəsi ilə: 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs təqsirini etiraf edərək əməlindən peşiman olduğunu qeyd etmiş və məhkəmədən barəsində daha yüngül tənbeh növünün tətbiq edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 333-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Şəxs həmin inzibati xətanın törədilməsində təqsirlidir. İş materiallarında olan sərxoşluq vəziyyətinin müayinəsi barədə xx.xx.2024-cü il tarixli, 1888 saylı aktdan görünür ki, Şəxs marixuanadan istifadəyə görə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən protokoldan görünür ki, Şəxs barəsində 29 oktyabr 2023-cü il tarixli İXP ******* saylı protokoltərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini,məsuliyyətini yüngülləşdirən hallar kimi özünün etirafını, törətdiyi əməlindən səmimi peşimançılıq hissi keçirməsini halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 115-ci və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla on beş gün müddətində inzibati həbs tətbiq edilsin. Həbsetmənin əvvəli 29 avqust 2024-cü il tarixdən saat 16:00-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-869/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-869/2024
29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver