Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-87/2021 08.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yevlax RPŞ-dən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə idarə etdiyi VAZ-2101 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu, Aran qəsəbəsi ərazisində hərəkətdə olan zaman yolayrıcını keçmə qaydasını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vuran xəsarət almışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun həyat yoldaşıdır. xx xxxxxxx 2020-ci il tarixdə həyat yoldaşı Şəxs idarə etdiyi VAZ-2101 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu, Aran qəsəbəsi ərazisində hərəkətdə olan zaman yolayrıcını keçmə qaydasını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Həmin vaxt o, da avtomobildə olmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində yüngül bədən xəsarəti almışdır. Şəxs tərəfindən ona dəymiş olan ziyan tam şəkildə ödənilmişdir və hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən inzibati xəta törətmiş şəxs Şəxs həyat yoldaşı olduğunu və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində yüngül inzibati tənbeh edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən məlum olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 635 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarət sağ saidin 1/3-nin iç səthinin sıyrıqları, sağ budun arxa səthinin iri qançırı xəsarətləri aşkar edilmiş, həmin xəsarətin qeyd edilən günü yəni, xx xxxxxxx 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir, həmin xəsarətlər küt alıt-alətlərin təsirindən əmələ gəlmişlər və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş AE 200832 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs BC dərəcəli sürücülük vəsiqəsi var. Zərərçəkmiş şəxs izahatını dinləyib, iş materiallarını tətqiq edərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxsə vurmuş olduğu zərəri ödəməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində ağırlaşdırıcı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xətanın mahiyyəti və xarakteri nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yüngülləşdirici və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxx 1982-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Mingəçevir şəhəri, Bahar küçəsi, ev 49-da qeydiyyatda olan və yaşayan Şəxs, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-87/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-87/2021
08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver