Məhkəmə qərarları › İş №3(039)-87/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-87/2022

08.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-87/2022 08.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, xx xxxxxx 1971-ci ildə Yevlax rayonunda anadan olmuş, Yevlax rayonu Salahlı kəndində qeydiyyatda olan və yaşayan, inzibati xəta törətmiş şəxs X5 barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 barəsində Yevlax Rayon Polis X11 Polis Bölməsində tərtib edilmiş İXP ******* №-li, 08 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, o, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi vaxtdan üç ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X9 oğlunun həmin inzibati xətanı törətməsində təqsiri Yevlax Rayon Polis X11 Polis Bölməsində tərtib edilmiş İXP ******* №-li, 08 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə təsdiq olunur. Məhkəmə iclasının vaxtı və yeri haqqında X4 lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə əlavə edilmiş 24 iyul 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 10 manat məbləğində cərimə edilmiş, X5 cəriməni ödəmədiyi üçün həmin cərimənin üzərinə 6 manat məbləğində peniya hesablanaraq 16 manat məbləğində olmuşdur. Məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən X3 törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması inzibati tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti icra olunması üçün X8 İmtahan və X10 göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar