Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-870/2022 21.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis mayoru X6, barəsində inzibati icraat aparılan şəxs X3 iştirakı ilə, xx.xx.1982-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 21 sentyabr 2022ci il tarixdə inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X1 şəhəri 1 saylı orta məktəbin qarşısında içtimai qaydanı pozaraq polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X9 çıxış edərək bildirmişdir ki, Yevlax şəhər İcra Hakimiyyəti işciləri X3 işlətdiyi köşkün yanına ağac əkmələrinə manecilik törədərək içtimai qaydanı pozaraq polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş X5 özünü təqsirli bilməyərək vermiş olduğu izahatında bildirmişdir ki,onun işlətdiyi parfumeriya dükanı Zərdabi küçəsinin kəsişməsində yerləşir.xx.xx.2022-ci il tarixdə Yevlax rayon İcra Hakimiyyətinin işçiləri lahiyədən kənar dükanın yan tərəfinə aid anbar yer kimi istifadə etdiyi yerə ağac əkmələrini söyləyiblər.Həmin yeri isə onun özü düzəltdiyini hətta ora asfalt çəkdirdiyini söyləmişdir.Hadisə yerinə polis əməkdaşları gələrək onu Yevlax rayon Polis şöbəsinə getməyə təklif ediblər və o da etiraz etmədən poliş şöbəsinə getmişdir.Hər hansı bir tabesizlik hadisəsi olmadığını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün manqa komandiri, polis baş serjantı Zaur Mehdiyev protokolda qeyd olunanlara dair çıxış edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə 12.30 radələrində Yevlax şəhəri İcra Hakimiyyəti işçiləri X3 işlətdiyi Yevlax şəhəri Nizami prospekti ilə Zərdabi küçəsinin kəsişməsində olan köşkün yanına ağac əkmələrini bildirdikdə onlara maneçilik törətmişdir.X7 polis şöbəsinə apararaq protokol tərtib etmişdilər.Lakin polisin hər hansı qanui tələbini pozmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 21 sentyabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X1 şəhəri 1 saylı orta məktəbin qarşısında içtimai qaydanı pozaraq polisin qanuni tələbinə tabe olmamışdır. Yevlax şəhəri 1 saylı orta məktəbin qarşısında içtimai qaydanı pozaraq polisin qanuni tələbinə tabe olmamışdır.; Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 022908 saylı vəsiqəsindən görünür ki X5 2-ci qrup əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın X5 tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, həm barəsində inzibati icraat aparılan X3 izahatından 21 sentyabr 2022-ci il tarixdə polisin qanuni tələbinə tabe olmaması müəyyən olunmamışdır, X5 tərəfindən polisin qanuni tələbinə qəsdən tabe olmamasına dəlalət edə biləcək sübutlar məhkəmə baxışı zamanı, habelə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma gedişatında aşkar olunmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, X3 əməlində polisin qanuni tələbinə tabe olmayan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 barəsində Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin. X5 həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-870/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-870/2022
21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver