Məhkəmə qərarları › İş №3(039)-872/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-872/2023

27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-872/2023 27.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Yevlax rayonu Aran qəsəbəsində “OBA” marketin qarşısında ucadan ünvansız söyüşlər söyərək cəmiyyətə qarşı açıqcasına hörmətsizlik edib. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis X1 Bölməsinin polis sahə rəisi X4 protokola uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Yevlax rayonu Aran qəsəbəsində “OBA” marketin qarşısında ucadan ünvansız söyüşlər söyərək cəmiyyətə qarşı açıqcasına hörmətsizlik edib. Rayon polis şöbəsində Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra məhkəməyə təqdimn edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək vermiş olduğu izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə evdə olan zaman polis əməkdaşları gəlib onu polis şöbəsinə getməyi təklif etmişdilər. O, polis əməkdaşları ilə polis şöbəsinə getdikdən sonra polis əməkdaşları onun barəsində protokol tərtib etmişlər. O, heç bir xətaya yol vermədiyini, polis əməkdaşları onu atasının rayon polis şöbəsinin rəhbər heyəti ilə yaxşı münasibətdə olduğu üçün atasının sifarişi ilə gətirildiyini bildirmişdir. Bundan başqa o, Aran qəsəbəsində yerləşən “OBA” marketin müşahidə kameralarının olduğunu, əgər tərəfindən hər hansı bir xətaya yol verildiyi təqdirdə “OBA” marketdən video görüntülərin təqdim edilməsini xahiş etmişdir. O, xx.xx.2023-cü il tarixdə hər hansı bir səs küy salmamışdır. Barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı X3 çıxış edərək bildirmişdir ki, xidməti ərazisi olan Aran qəsəbəsində xidmətdə olarkən qəsəbədə yerləşən “OBA” marketin qarşısında bir nəfər vətəndaşın uca səslə ünvansız söyüşlər gördüyünü görüb həmin vətəndaşa yaxınlaraq onun şəxsiyyətini müəyyən etmiş və bundan sonra həmin vətəndaşı rayon polis şöbəsinə gətirmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxs və şahid barəsində inzibati icraat aparılan şəxsin törətdiyi əməli sübut edəcək başqa hər-hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdilər . İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Yevlax rayonu Aran qəsəbəsində “OBA” marketin qarşısında ucadan ünvansız söyüşlər söyərək cəmiyyətə qarşı açıqcasına hörmətsizlik edib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, həm barəsində inzibati icraat aparılan Şəxs verdiyi izahatda, nə şahidin izahatında, nədə ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Yevlax rayonu Aran qəsəbəsində “OBA” marketin qarşısında ucadan ünvansız söyüşlər söyərək cəmiyyətə qarşı açıqcasına hörmətsizlik etməsinə dəlalət edə biləcək birbaşa sübutlar məhkəmə baxışı zamanı, habelə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma gedişatında aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiasına görə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində ictimai qaydanı pozan, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar