Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-873/2022 12.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis mayoru X5 iştirakı ilə Zərərçəkmiş şəxs X6 iştirakı ilə, xx.xx.1998-ci ildə Goranboy rayon Türk qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Kəlbəcər rayonu İlyaslar kəndində qeydiyyatda olan və Goranboy rayonu Veyisli kəndində yaşayan X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, 01 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X8 xx.xx.2022-ci il tarixdə X9 məxsus pay torpağına qəsdən ziyan vurmuşdur. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 və Yevlax rayon polis şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İnzibati protokolu tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X10 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, X8 xx.xx.2022-ci il tarixdə X9 məxsus pay torpağına qəsdən ziyan vurmuşdur. Bununlada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Zərərçəkmiş şəxs X11 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Yevlax rayonu Tanrıqulular kəndi ərazisində özünə məxsus 7.56 hektar torpaq sahəsinin olduğunu,həmin torpaq sahəsində yonca əkdiyini, xx.xx.2022-ci il tarixdə axşam saatlarında yonca sahəsini sulayıb sahədən ayrıldığını,səhəri gün xx.xx.2022-ci il tarixdə sahəsinə Kamaz markalı avtomobilin girib batmasını eşitdiyini,özünün bununla bağlı olaraq sahəyə yollandığını,sahədə olan zaman Kamaz markalı avtomobili gördüyünü,lakin sürücünü tapa bilmədiyini,özünün bununla bağlı olaraq DİN-nin 102 xidməti zəng mərkəzinə məlumar verdiyini,məlumat verdikdən bir qədər sonra polis əməkdaşlarının sahəyə yaxınlaşdığını,polisin iştirakı ilə Ülvin Ələsgərov adlı şəxsi tapdıqlarını,baş vermiş hadisə zamanı ona 1233 manatdan çox maddi ziyan dəydiyini bildirmişdir və təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli 01 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X8 xx.xx.2022-ci il tarixdə X9 məxsus pay torpağına qəsdən ziyam vurmuşdur. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hadisə zamanı X1 Elnur Şamo oğluna 1233 manat maddi ziyan vurmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 iyun 2022-ci il tarixli qərardan görünür ki, X3 əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon Polis X2 Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında X3 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə X3 törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurulmuş ziyanın bir misli miqdarında, yəni 1233 (bir min iki yüz otuz üç) manat məbləğində cərimə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-873/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-873/2022
12.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver