Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-877/2021 23.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, Qasımov Nurlan Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə xx.xx.1952-ci ildə Yevlax rayonu Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair 28 oktyabr 2021-ci il tarixli, 01400-1639/21 saylı; 26 oktyabr 2021-ci il tarixli, 01400-1614/21 saylı; 26 oktyabr 2021-ci il tarixli, 01400-1641/21 saylı; 27 oktyabr 2021-ci il tarixli, 01400-1646/21 saylı; 26 oktyabr 2021-ci il tarixli, 01400-1610/21 saylı; 25 oktyabr 2021-ci il tarixli, 01400-1635/21 saylı; 26 oktyabr 2021-ci il tarixli, 01400-1613/21 saylı; 26 oktyabr 2021-ci il tarixli, 01400-1611/21 saylı; 25 oktyabr 2021-ci il tarixli, 01400-1593/21 saylı; 25 oktyabr 2021-ci il tarixli, 01400- 1596/21 saylı; 25 oktyabr 2021-ci il tarixli, 01400-1632/21 saylı; 25 oktyabr 2021-ci il tarixli, 01400-1633/21 saylı; 25 oktyabr 2021-ci il tarixli, 01400-1595/21 saylı; 26 oktyabr 2021-ci il tarixli, 01400-1612/21 saylı; 27 oktyabr 2021-ci il tarixli, 01400-1647/21 saylı və 25 oktyabr 2021-ci il tarixli, 01400-1597/21 saylı inzibati xəta haqqında protokollar baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati icraat aparılan Şəxs ayrı-ayrı vaxtlarda törətdiyi inzibati xətalar ilə bağlı ayrı-ayrı inzibati materiallar 11 noyabr 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmənin icraatında olan 3(039)- 862/2021, 3(039)-863/2021, 3(039)-864/2021, 3(039)-865/2021, 3(039)-866/2021, 3(039)- 867/2021, 3(039)-868/2021, 3(039)-869/2021, 3(039)-870/2021, 3(039)-871/2021, 3(039)- 872/2021, 3(039)-873/2021, 3(039)-874/2021, 3(039)-875/2021, 3(039)-876/2021 və 3(039)-877/2021 nömrəli inzibati işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilmiş və iş 3(039)- 877/2021 nömrə ilə davam etdirilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolları və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan internet vergi idarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə arayışından görünür ki, Şəxs fiziki şəxs kimi vergi uçotuna alınmışdır. Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollardan da görünür ki, Şəxs barəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi inzibati icraat başlanılmış və inzibati xəta haqqında protokollar baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon(şəhər) məhkəmələri tərəfindən baxılmalı olan inzibati xətalar qeyd olunmuşdur. Qeyd olunana normaya əsasən İnzibati Xətalat Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətaya baxmaq səlahiyyəti məhkəmələrə aid edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollara baxmaq səlahiyyəti həmin protokolları tərtib etmiş inzibati orqanın səlahiyyətinə aiddir və bu səbəbdən inzibati xəta haqqında protokollar səlahiyyətli inzibati orqana geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati icraat aparılan şəxs inzibati xəta haqqında protokolların səlahiyyətli inzibati orqana qaytarılması barədə qərardad çıxarılmasına etiraz etmədiklərini bildirmişdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 28 oktyabr 2021-ci il tarixli, 01400-1639/21 saylı; 26 oktyabr 2021-ci il tarixli, 01400-1614/21 saylı; 26 oktyabr 2021-ci il tarixli, 01400-1641/21 saylı; 27 oktyabr 2021-ci il tarixli, 01400-1646/21 saylı; 26 oktyabr 2021-ci il tarixli, 01400-1610/21 saylı; 25 oktyabr 2021-ci il tarixli, 01400- 1635/21 saylı; 26 oktyabr 2021-ci il tarixli, 01400-1613/21 saylı; 26 oktyabr 2021-ci il tarixli, 01400-1611/21 saylı; 25 oktyabr 2021-ci il tarixli, 01400-1593/21 saylı; 25 oktyabr 2021-ci il tarixli, 01400-1596/21 saylı; 25 oktyabr 2021-ci il tarixli, 01400-1632/21 saylı; 25 oktyabr 2021-ci il tarixli, 01400-1633/21 saylı; 25 oktyabr 2021-ci il tarixli, 01400-1595/21 saylı; 26 oktyabr 2021-ci il tarixli, 01400-1612/21 saylı; 27 oktyabr 2021-ci il tarixli, 01400- 1647/21 saylı və 25 oktyabr 2021-ci il tarixli, 01400-1597/21 saylı inzibati xəta haqqında protokollar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-877/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-877/2021
23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver