Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-878/2022 26.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X3, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 25 sentyabr 2022ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Bakıxanov küçəsində ucadan səs-küy salaraq ünvansız söyüşlər söyüb və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X6 çıxış edərək bildirmişdir ki, rayon polis şöbəsinin əməkdaşları xx.xx.2022-ci il tarixdə, saat 03:10 radələrində Yevlax şəhəri Bakıxanov küçəsində xidmətdə olan zaman iki nəfər vətəndaşın yanlarında “pitbul” sortundan olan it ilə gedərkən özlərini şübhəli apardıqlarına görə onlara yaxınlaşaraq şəxsiyyətlərini təqsdiq edən sənədləri və gecə saatlarında küçədə nə işlə məşğul olmalarını soruşduqda həmin vətəndaşlardan biri şəxsiyyəti sonradan müəyyən olunan Şəxs səs-küy salaraq polis əməkdaşlarını söymüşdür. Polis əməkdaşları Şəxs nizam-intizama dəvət etsələr də o, öz hərəkətlərinə davam etdiyi üçün polis əməkdaşları onu məcburi qaydada xidməti avtomobilə əyləşdirmək istədikdə o, yanında olan “pitbul” sortundan olan itinə polis əməkdaşlarının üzərinə hücum etməsi üçün göstəriş vermişdir. Bundan sonra onlar məcburi qaydada Şəxs avtomobilə əyləşdirmiş və rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 03:10 radələrində dostu Fuad Quliyevlə, özünə məxsus “pitbul” sortundan olan it ilə siqaret almağa getmişlər. Onlar mağazadan qayıdanda polis əməkdaşları onlara yaxımlaşaraq şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etməklərini və gecə saatlarında küçədə nə işlə məşğul olmalarını soruşmuşlar. Bundan sonra o, əsəbləşərək polis əməkaşları ilə mübahisə etmişdir. Polis əməkdaşları onu məcburi qydada xidməti avtomobillərinə əyləşdirəndə o, polis əməkdaşlarına hücum etməsi üçün itinə cumması üçün göstəriş vermişdir. Bundan sonra polis əməkdaşları onu nizam-intizamlı olmağa dəvət etsələr də o, öz hərəkətlərinə davam etmişdir. Bundan sonra polis əməkdaşları onu məcburi avtomobilə əyləşdirib rayon polis şöbəsinə aparmışlar. Şəxs əlilliyinin olmadığını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı X4 izahatında bildirmişdir ki, o, post yoldaşı X5 ilə birlikdə xx.xx.2022-ci il tarixdə, saat 03:10 radələrində Yevlax şəhəri Bakıxanov küçəsində xidmətdə olan zaman iki nəfər vətəndaşın yanlarında “pitbul” sortundan olan it ilə gedərkən özlərini şübhəli apardıqlarına görə onlar həmin vətəndaşlara yaxınlaşaraq şəxsiyyətlərini təqsdiq edən sənədləri və gecə saatlarında küçədə nə işlə məşğul olmalarını soruşduqda həmin vətəndaşlardan biri şəxsiyyəti sonradan müəyyən olunan Şəxs səs-küy salaraq onlara söymüşdür. Onlar Şəxs nizamintizama dəvət etsələr də o, öz hərəkətlərinə davam etdiyi onlar Elnuru məcburi qaydada xidməti avtomobilə əyləşdirmək istədikdə o, yanında olan “pitbul” sortundan olan iti onların üzərinə cumması üçün itə göstəriş vermişdir. Bundan sonra onlar məcburi qaydada Şəxs avtomobilə əyləşdirməş, lakin Elnurun yanında olan digər vətəndaş şəxsiyyəti sonradan müəyyənləşdirilən Fuad Quliyev onların xidmətinə müdaxilə edərək dostunun azad olunmasını tələb etmiş. X10 nizam-intizama dəvət etsələr də, Fuad Quliyev polis avtomobilinin qapısını tutaraq dostunun azad olumasını tələb etdiyi üçün onu saxlayaraq rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantı X5 şahid X2 izahatına uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 25 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Bakıxanov küçəsində ucadan səs-küy salaraq ünvansız söyüşlər söyüb və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; xx.xx.2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 03:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 25 sentyabr 2022-ci il tarixdən saat 03:30-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-878/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-878/2022
26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver