Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-879/2022 26.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X2, inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 25 sentyabr 2022ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:50 radələrində Yevlax şəhəri Füzuli küçəsində ucadan səs-küy salaraq ünvansız söyüşlər söyüb və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X4 çıxış edərək bildirmişdir ki, rayon polis şöbəsinin əməkdaşları rayon ərazisində baş vermiş oğurluq hadisəsinin araşdırılması ilə əlaqədar olaraq Şəxs ünvanına getmiş, polis əməkdaşları oraya gəldikdə Nicat heç bir səbəb olmadan səs-küy salaraq polis əməkdaşlarını söyüb təhqir etmişdir. Polis əməkdaşları Nicatı nizam-intizama dəvət etsələr də, o öz əməllərinə davam etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə aparılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək vermiş olduğu izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20:50 radələrində öz yaşadığı evin qapısınının qarşısında dayanan zaman polis əməldaşları ona yaxınlaşaraq rayon polis şöbəsinə getməyi təklif etmişlər. Lakin o, polis əməkdaşlarına öz etirazını bildirərək hansı səbəbdən rayon polis şöbəsinə aparıldığını soruşduqda polis əməkdaşları onu məcburi qaydada xidməti avtomobillərinə əyləşdirmək istəmişlər. Lakin o, polis əməkdaşlarına müqavimət göstərərək avtomobilə əyləşmək istəməmişdir. Bundan sonra polis əməkdaşları onu məcburi avtomobilə əyləşdirib rayon polis şöbəsinə aparmışlar. Şəxs əlilliyinin olmadığını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X5 izahatında bildirmişdir ki, xidməti ərazisində baş vermiş oğurluq hadisələri ilə əlaqədar olaraq onun xidməti ərazisində yaşayan və əvvəllər də oğurluqla məhkumluğu olan Şəxs izahatının alınması üçün xx.xx.2022-ci il tarixdə polis nəfəri Arif Məhərrəmovla onun yaşadığı ünvana getmişlər. Həmin ünvana gəldikdə Nicat əsassız olaraq səs-küy salmış və onların ünvanına söyüşlər söymüşdür. Onlar Şəxs nizam-intizama dəvət etsələr də o, öz əməllərinə davam etdiyi üçün tərəflərindən məcburi qaydada saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Məhərrəmov Arif oğlu şahid X3 izahatına uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 25 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:50 radələrində Yevlax şəhəri Füzuli küçəsində ucadan səs-küy salaraq ünvansız söyüşlər söyüb və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; xx.xx.2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:50-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 25 sentyabr 2022-ci il tarixdən saat 20:50-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-879/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-879/2022
26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver