Məhkəmə qərarları › İş №3(039)-88/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-88/2021

26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-88/2021 26.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Məhkəmə iclasının katibi X2 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 17.30 radələrində Yevlax şəhəri, Nizami prospektində ucadan ünvansız nalayiq ifadələr işlətmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X5 izah etdi ki, Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı Rüstəm Məhərrəmov və Nofəl Bayramov xx xxxxxx 2021-ci il tarixdə saat 17.30 radələrində Yevlax şəhəri, Nizami prospektində xidmətdə olan zaman bir nəfər şəxsin ucadan ünvansız nalayiq söyüşlər söyüb ictimai qaydanı pozduğunu görmüşlər. Polis əməkdaşları həmin şəxsə yaxınlaşıb onu nizam-intizama dəvət edərək sakitləşməsini və söyüş söyməməsini bildirmişlər. Lakin həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərin davam etdirmişdir. Bu səbəbdən polis əməkdaşları tərəfindən həmin şəxs polis şöbəsinə gətirilmişdir. Bu barədə Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı Rüstəm Məhərrəmov və Nofəl Bayramov polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Yevlax RPŞ-də həmin şəxsin Daşkəsən rayon sakini Şəxs olması müəyyən edilmişdir. Tərəfindən araşdırma aparılmış və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi olduğundan bu barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Daşkəsən rayonunda yaşayır. xx xxxxxx 2021-ci il tarixdə Yevlax rayonunda yaşayan tanışı ilə arasında alıb-verəcək məsələsi olduğu üçün Yevlax rayonuna gəlmişdir. xx xxxxxx 2021-ci il tarixdə işi düzəlmədiyi üçün əsəbləşib ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, ona küçədə nalayiq ifadələr işlətməklə ictimai əsayişi pozduğunu bildirərək sakitləşməsini demişlər. Əsəbi olduğu üçün polis əməkdaşları ilə mübahisə etmişdir. Hazırda polis əməkdaşlarından üzr istəmişdir və əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı X4 izahatında bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə saat 17.30 radələrində PPXB-nün polis nəfəri polis serjantı X7 şəhəri, Nizami prospektində xidmətdə olan zaman bir nəfər şəxsin küçədə ucadan qışqırıb ünvansız nalayiq söyüşlər söyüb ictimai qaydanı pozduğunu görmüşlər. Həmin şəxsə yaxınlaşıb onu nizam-intizama dəvət edərək söyüş söyməməsini bildirmişlər. Lakin həmin şəxs onların qanuni tələbinə qəsdən tabe olmayaraq yenə də, söyüşlər söymüşdür. Tərəflərindən həmin şəxs polis şöbəsinə gətirilmiş və hərəkətləri barədə polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Yevlax RPŞ-də həmin şəxsin Daşkəsən rayon sakini Şəxs olması müəyyən edilmişdir. Azərbaycan Respublıikası İXM-nin 535.1-ci maddəsində əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18.30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Yevlax rayon polis şöbəsinin İTB-nin sahə polis rəisi polis mayoru X3 və şahid Yevlax RPŞ-nin PPXBnün polis nəfəri polis serjantı X1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, inzibati xətanın mahiyyəti və xarakteri nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, məsuliyyəti yüngülləşdirən halları və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxxxx 1994-cü il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Daşkəsən rayonu, Dəstəfur kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar