Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-880/2021 28.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 Şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin inzibati tənbeh vermə haqqında 18.10.2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin inzibati tənbeh vermə haqqında 18.10.2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli qərarından şikayət verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 18.10.2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X3 izah etdi ki, o, VAZ 2105 markalı 55BJ678 dövlət qeydiyyat nişanlı avtomobillə qırıq-qırıq xəttlərin olduğu yolla hərəkət etmiş, qarşısında iri bir yük maşını hərəkət edirmiş. O, yük maşınını ötmə əməliyyatına başlamış, həmin zaman yolda qırıq xəttlər mövcud idi, lakin qarşısındakı yük maşını çox uzun olduğundan irəlidə düz xəttin olduğu görünmürdü. O, artıq sol yola çıxdığından, sağ yola qayıtmalı idi. Lakin ötmə zamanı yük avtomobili də, sürəti artırdığı üçün o, onu biraz irəlidə ötə bilmişdir, sağ yola qayıdan zaman artıq yolda düz xəttlər mövcud idi. Qərar əsassızdır və ləğv edilməlidir. O, qərarı 11.11.2021-ci il tarixdə DYP-nin Yevlax rayon şöbəsindən almış və müddəti ötürmədən şikayət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin inzibati tənbeh vermə haqqında 18.10.2021-ci il tarixli, EQ seriyalı ******* saylı qərarın surətindən görünür ki, X3 18.10.2021-ci il tarixdə saat 15:17-də, Yevlax-Ağdam-Laçın yolunun 13.2-ci kilometrində, VAZ 2105 minik markal, 55BJ678 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 60 (altmış) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş orqan səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə şikayətə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıraraq, şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, X3 barəsində qəbul edilmiş 18.10.2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli qərar ləğv edilməli və iş baxılması üçün yenidən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərar qəbul etmiş orqan səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və qeyd olunan faktları sübut edən sənədlər təqdim edilmədiyindən, işin obyektiv araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Belə ki, X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, şikayətçi X2 şikayət ərizəsi təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən tərtib edilmiş 18.10.2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalıdır və iş araşdırılması üçün yenidən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayət ərizəsi təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən tərtib edilmiş 18.10.2021-ci il tarixli EQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunsun və iş baxılması üçün yenidən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-880/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-880/2021
28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver