Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-881/2020 30.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 Barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmiş X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Aran regional Dövlət X7 nümayəndəsi X5 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Aran regional Dövlət X7 rəisi vəzifəsini icra edən X9 tərəfindən tərtib edilmiş, xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı qərardadn X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Aran regional Dövlət X7 rəisi vəzifəsini icra edən X9 tərəfindən tərtib edilmiş, xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı qərara əsasən X3 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat inzibati cərimə edilmişdir. Vəzifəli şəxsin xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı qərarına əsasən X3 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün, Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat inzibati cərimə edilmişdir. Narazı qalan X3 inzibati xəta haqqında qərardan şikayət verərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Aran regional Dövlət X7 xx xxxxxxx 2020-ci il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN ******* saylı qərarı əməldə inzibati xəta hadisəsi olmadığından məhkəmə qaydasında ləğv edilməsi; iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmiş X3 izah etdi ki, barəsində qəbul edilmiş qərarla narazıdır. Belə ki, Yevlax şəhərinə işlətdiyi tikinti materialları mağazasını ona məxsus olsa da, mağaza yerləşən tikilini icarəyə götürmüşdür. Odsöndürən mağazada olmasa da, mülkiyyətçi ilə müqaviləsinin dayandırmışdır. Mağazanı başqa ünvana köçürəcəkdir. Bu barədə əməkdaşları xəbərdar etsə də, əməkdaşlar buna məhəl qoymayaraq onu cərimə etmişlər. Hesab edir ki, cərimə qanunsuz və əsasızdır. Ona çatışmamazlıqları aradan qaldırmaq üçün vaxt verilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Aran regional Dövlət X7 nümayəndəsi X8 şikayətdə göstərilən dəlilləri qəbul etmədi və izah etdi ki, X2 məxsus tikinti mağazasına baxış keçirən zaman, X3 tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması aşkar edilmişdir. Bu barədə X1 iştirakı ilə akt tərtib edilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə isə 150 manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmədən şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmiş X1 və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Aran regional Dövlət X7 nümayəndəsi X5 izahatlarını dinləyib, verilmiş şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Aran regional Dövlət X7 rəisi vəzifəsini icra edən X9 tərəfindən, X1 Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsi ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat inzibati cərimə edilməsinə dair qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı qərar qanuni və əsaslıdır. İnzibati Xətalar Məcəlləsinin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından özünün yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə şikayət vermək hüquqi vardır. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (bir yüz əlli) manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Aran regional Dövlət X7 rəisi vəzifəsini icra edən X9 tərəfindən qəbul edilmiş qərarın ləğv olunmasına qanuni əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53.0, 53.0.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: X1 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Aran regional Dövlət X7 rəisi vəzifəsini icra edən X9 tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı qərardan X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-881/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-881/2020
30.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver