Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-881/2022 26.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X3, X2nun, barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1955-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayonu Taxtabaşı kəndində qeydiyyatda olan və Yevlax rayonu Malbinəsi kənd ərazisində yerləşən camış fermasında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş 26 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-311/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X6 icarəsində və istifadəsində olan, Yevlax rayonu, Malbinəsi kəndində Camış ferması deyilən yerdə yerləşən, 8.50 hektar torpaq sahəsinin 2 hektar ərazisindən və onun istifadəsində olan ferma və çoban evindən çıxmaqdan yayınmışdır. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X8 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun izahatı alınmış və o, izahatında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 298 nömrəli sərəncamının 2-ci bəndini əsas gətirərək icra sənədini icra etmələrinin mümkünsüz olduğunu bildirmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alıb borclunun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Borclu Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 298 nömrəli sərəncamının 2-ci bəndini əsas gətirərək və işğaldan azad olunmuş doğma yurdlarına geri qayıdana kimi icra sənədini icra etməyəcəyini bildirdi. X2 məhkəmə iclasında çıxış edərək qeyd etmişdir ki, hazırda Şəxs şikayətçidir, Valeh Məmmədovun özünün mülkiyyətində bir neçə torpaq sahəsinin və evinin olmasına baxmayaraq məhkəmə qərarını qəsdən icra etmir və hazırda icra sənədinin icra edilməsini, icra edilməyəcəyi təqdirdə onun barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. X1 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 298 nömrəli sərəncamının 2-ci bəndini əsas gətirərək qayıBorclu Şəxs və onun ailə üzvlərinin hazıradək işğaldan azad olunmuş doğma yurdlarına geri qayıtda bilmədiklərindən borclunun barəsində verilmiş protokolun təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 sentyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-311/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X6 icarəsində və istifadəsində olan, Yevlax rayonu Malbinəsi kəndində Camış ferması deyilən yerdə yerləşən, 8.50 hektar torpaq sahəsinin 2 hektar ərazisindən və onun istifadəsində olan ferma və çoban evindən çıxmaqdan yayınmışdır; Yevlax Rayon Məhkəməsinin 2(039)-311/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, borclular Şəxs və X10 X2nun icarəsində və istifadəsində olan, Yevlax rayonu Malbinəsi kəndində Camış ferması deyilən yerdə yerləşən 8.50 hektar torpaq sahəsinin 2 hektar ərazisindən və onun istifadəsində olan ferma və çoban evindən çıxmalıdırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Şəxs mülkiyyətində Yevlax rayonu Malbinəsi kəndində yerləşən 3.32 hektar kənd təsərrüfatı təyinatlı, onun oğlu X7 mülkiyyətində isə Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz Həmin məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, icra məmurunun, tələbkarın və borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Yevlax Rayon Məhkəməsinin 2(039)-311/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi il tarixli icra sənədinin icrasını təmin etməmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, məhkəmə aktını icra etmək üçün Məmmədov (Mamedov) Valeh Əvəz oğlu kifayət qədər vaxta malik olmasına, habelə özünün və ailə üzvlərinin mülkiyyətində kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq sahələrinin baxmayaraq məhkəmə qərarını icra etməmiş, nəticədə icra məmurunun qanuni tələblərinin yerinə yetirilməmiş, eləcə də borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclunun icra sənədinin üzrsüz səbəbdən icra etməməsi öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, lakin inzibati xətanı törətmiş şəxsin altmış beşdən çox yaşının olmasını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində göstərilən maddənin sanksiyasının daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi 1 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 6 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-881/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-881/2022
26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver