Məhkəmə qərarları › İş №3(039)-882/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-882/2021

15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-882/2021 15.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 13 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 13.11.2021-ci il tarixdə saat 00:35 radələrində Yevlax şəhəri Nizami prospektində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 çıxış edərək bildirmişdir ki, 13.11.2021-ci il tarixdə Yevlax rayon X9 patrul xidmətinin əməkdaşları Yevlax şəhəri Nizami prospektində xidmətdə olan zaman bir nəfər vətəndaşın ucadan səs-küy saldığını görüb həmin vətəndaşa yaxınlaşıb onu nizam-intizama dəvət etsələr də, həmin vətəndaş polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq öz əməllərinə davam etdiyi üçün polis əməkdaşları həmin vətəndaşı rayon polis şöbəsinə gətirmişdirlər. Polis şöbəsində həmin vətəndaşın Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında bildirmişdir ki, 13.11.2021-ci il tarixdə anasına dərman almaq üçün aptekə getmişdir. Lakin aptekdə dərman almaq üçün pulu çatmamışdır. Bundan sonra o, Nizami prospekti ilə gedərkən qardaşına telefonla zəng edib pula ehtiyacı olduğunu bildirən zaman qardaşı ilə arasında sözlə mübahisəsi olmuş və əsəbləşdiyi üçün telefonda uca səslə danışmışdır. Bundan sonra polis əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinə aparmışlar. Əməlindən peşimandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon X7 təhlükəsizlik bölməsi sahənin polis nəfəri, polis serjantı X6 çıxış edərək bildirmişdir ki, 13.11.2021-ci il tarixdə post yoldaşı X3 ilə Yevlax şəhəri Nizami prospektində xidmətdə olan zaman bir nəfər vətəndaşın ucadan səs-küy saldığını görüb həmin vətəndaşa yaxınlaşıb onu nizam-intizama dəvət etsələr də, həmin vətəndaş onların qanuni tələbinə tabe olmayaraq öz əməllərinə davam etdiyi üçün həmin vətəndaşı rayon polis şöbəsinə aparmışdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon X9-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı X3 şahid X4 izahatına uyğun izahat vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin izahatı, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar