Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-882/2025 05.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, səlahiyyətli orqanın nümayəndəsi X1 «Vəkiloğlu” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Gömrük İdarəsindən daxil olmuş 00900-00200/25 nömrəli 21 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə “Beynaxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə "xxxx" MMC-nin ünvanına TRLU7067699 nömrəli konteynerdə olan və 99kx567/99zx572 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daşınaraq gələn “Boz rəngli ağ zolaqlı toxum qabığında günəbaxan tumu” yükünə Azərbaycan Respublikası GM-nin 113.1-ci maddəsi ilə\ müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Qısa idxal bəyannaməsi elektron formada tərtib edilib göndərilmədiyi aşkar olunmuşdur. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə “Beynaxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə "xxxx" MMC-nin ünvanına TRLU7067699 nömrəli konteynerdə olan və 99kx567/99zx572 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daşınaraq gələn “Boz rəngli ağ zolaqlı toxum qabığında günəbaxan tumu” yükünə Azərbaycan Respublikası GM-nin 113.1-ci maddəsi ilə\ müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Qısa idxal bəyannaməsi elektron formada tərtib edilib göndərilmədiyi aşkar olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Vəkiloğlu ” MMC nin nümayəndəsi ilə telefonla əlaqə saxlanılmış və məhkəm iclasına dəvət olunsada, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və işi məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə «Vəkiloğlu ” MMC -nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən; İD **********7394 nömrəli Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11.53-də rəsmiləşdirilmək üçün göndərilmişdir. Konteynerlərin qeydiyyatına dair Gömrük Xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən təqdim edilən çıxarışa əsasən TRLU7067699 nömrəli konteyner xx.xx.2025-ci il tarixdə saat 23;35-da ölkəyə giriş etmişdir. Məhkəmə, səlahiyətli orqanın nümayəndəsinin izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, «Vəkiloğlu ” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-ci il tarixli, 920 nömrəli Fərmanının 2.2bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən aı 1 (bir) saat əvvəl verilməlidir. İXM 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması hallar nəzərə alınır. Beləliklə, məhkəmə «Vəkiloğlu ” MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: «Vəkiloğlu ” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-882/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-882/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver