Məhkəmə qərarları › İş №3(039)-883/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-883/2020

17.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-883/2020 17.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx xxxxxx 2020ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Yevlax şəhəri Nizami küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 çıxış edərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Yevlax şəhəri Nizami küçəsində yaşayan vətəndaşların şikayəti əsasında Yevlax rayon polis şöbəsinin əməkdaşları əməliyyat müvəkkili Kərim Əzimov və polis nəfəri Nofəl Bayramov qeyd olunan ünvana getmişlər. Həmin ünvanda iki nəfər vətəndaşın həmin küçədə yaşayan narkotik audəçisi olan şəxsin evinin qarşısında dayandıqlarını görərək onlara yaxınlaşmışlar və sənədlərini təqdim etmələrini tələb etdikdə həmin vətəndaşlar vəsiqələrinin üzərində olmadıqlarını bildirərək ucadan səs-küy salaraq polis əməkdaşı ilə mübahisə etmişdir. Polis əməkdaşları həmin vətəndaşları nizam-intizama dəvət etmişlər. Lakin həmin vətəndaşlar polisin qanuni tələbinə tabe olmayaraq öz əməllərini davam etdirmişdir. Bundan sonra həmin vətəndaş rayon polis şöbəsinə aparılmış və həmin vətəndaşlarda birinin Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək vermiş olduğu izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə yaşadığı Bərdə şəhərindən dostu Ruslanla taksi ilə Yevlax şəhərinə Ruslanın xalasıgilə getmişlər. Yevlax şəhərində Ruslan xalası evinə getdikdən sonra o, maşında onu oturub Ruslanı gözləmişdir. Bir müddət sonra Ruslan xalası gildən çıxmış və yolüstü tanıdığı bir şəxslə görüşüb, daha sonra Bərdə şəhərinə qayıdacaqlarını bildirmişdir. Bunda sonra onlar onun tanımadığı bir küçəyə getmişlər və orada maşından düşdükdə dərhal polis əməkdaşları həmin ünvana gəlmişlər. Polis əməkdaşları onlardan şəxsiyyət vəsiqələrini tələb etdikdə o, vəsiqəsinin Bərdə şəhərində qaldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona maşına əyləşib rayon polis şöbəsinə getməyi təklif etdikdə o, etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis mayoru X5 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Yevlax şəhəri Nizami küçəsində yaşayan vətəndaşların şikayəti əsasında o və Yevlax rayon polis şöbəsinin əməkdaşı polis nəfəri Nofəl Bayramov qeyd olunan ünvana getmişlər. Həmin ünvanda iki nəfər vətəndaşın həmin küçədə yaşayan narkotik audəçisi olan şəxsin evinin qarşısında dayandıqlarını görərək onlara yaxınlaşmışlar və sənədlərini təqdim etmələrini tələb etdikdə həmin vətəndaşlar vəsiqələrinin üzərində olmadıqlarını bildirərək ucadan səs-küy salaraq mübahisə etmişlər. Onlar həmin vətəndaşları nizam-intizama dəvət etmişlər. Lakin həmin vətəndaşlar onların qanuni tələbinə tabe olmayaraq öz əməllərini davam etdirmişdir. Bundan sonra həmin vətəndaşlar tərəflərindən saxlanılaraq rayon polis şöbəsinə aparılmışdır. Rayon polis şöbəsində rəis müavinin xidməti otağında maarifləndirici söhbət zamanı həmin vətəndaşlar yenə də ucadan səs-küy salmışdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin postpatrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X4 şahid X2 izahatına uyğun izahat verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Yevlax şəhəri Nizami küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx xxxxxx 2020-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin və şahidin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar