Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-885/2021 17.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax st. X11 Ağdam XPM-nin rəisi X1 Zərərçəkmiş şəxs X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax st. X9 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında 17 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 14 avqust 2021-ci il tarixdə 13 saylı X12 balansında olan taxıl məhsulları kombinatından 2 ədəd R-50 tipli rels yanlığı və 2 ədəd 2 metr uzunluğunda rels oğurlanmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax st. X11 Ağdam XPM-nin rəisi X4 izah etdi ki, 17.08.2021-ci il tarixdə 13 saylı X10 Yevlax st. XPŞnə daxil olmuş məktubda göstərilmişdir ki, 17.08.2021-ci il tarixdə sahənin əməkdaşları tərəfindən xidməti sahədə yol yoxlanılarkən 13 saylı X12 balansında olan taxıl məhsulları kombinatından 2 ədəd R-50 tipli rels yanlığı və 2 ədəd 2 metr uzunluğunda rels çıxarılaraq naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bu barədə Yevlax st. XPŞ-nin İstintaq və Təhqiqat Qrupunun təhqiqatçısı tərəfindən araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş və sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan tədbir görülməsi üçün qərarın surəti Yevlax st. XPŞ-nin X2 göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Yevlax şəhəri, E.Məcidov küçəsi, 3 saylı evdə yaşayır. 14 avqust 2021-ci il tarixdə səhər saat 09.00 radələrində iş axtarmaq üçün evdən çıxıb getmiş, yolda dəmir yol relsi xəttinin yanından keçərkən rels yanlıqlarını və yaxınlıqdakı betona bərkidilmiş 2 ədəd rels görmüşdür. Maddi çətinlik çəkdiyi üçün onları söküb satmaq fikrinə düşmüş, buna görə də evə gələrək dəmir kvalt götürüb həmin yerə getmiş, 2 ədəd təxminən 2 metr uzunluğunda relsi söküb aparmışdır. Oğurladığı relsləri Elnur adlı şəxsə məxsus metal qəbulu məntəqəsinə 33 manata satmışdır. Oğurluq hadisəsini törədən zaman tək olmuşdur. Əməlindən səmimi olaraq peşmandır. Hazırda zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəmişdir. Məhkəmədən zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izah etdi ki, Şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə odənilmişdir. Hazırda Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmamasını və ona dəymiş olan ziyanın ödənilməsini bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə baxılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-885/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-885/2021
17.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver