Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-890/2021 23.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Nərimanabad kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil 18 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-283/2019 saylı, 29.01.2019-cu il tarixli icra sənədi üzrə yaranmış 1600 manat aliment borcunu ödəməkdən yayınmışdır. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, borclu Şəxs son 5 ay ərzində aliment borcunu ödəməmişdir. Bu vaxta qədər olan müddətdə borclunun belə bir problemi olmamış və davamlı olaraq borcunu ödəmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. 18.11.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında borclu Şəxs tələbkarın xeyrinə ödəməklə borcunu ödəməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə iclası 23.11.2021-ci il tarixə təxirə salınmışdır. 23.11.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında borclu Şəxs hazırda tələbkara 400 manat ödədiyini, uzun müddətdir işsiz olduğunu və bu səbəbdən aliment borcunu ödəyə bilmədiyini, hazırda işlədiyini və qısa müddət ərzində qalan borcunu da ödəyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə prosesində iştirakını təmin etmək üçün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılsa da, Zərərçəkmiş şəxs məhkəmə prosesində iştirak edə bilmədiyini bildirmiş və borclu tərəfindən icra sənədinin tam olaraq icra edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 noyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-283/2019 saylı, 29.01.2019-cu il tarixli icra sənədi üzrə yaranmış 1600 manat aliment borcunu ödəməkdən yayınmışdır; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-283/2019 saylı, 29.01.2019-cu il tarixli icra sənədinə əsasən 19.10.2011-ci il təvəllüdlü X2 və 01.10.2014-cü il təvəllüdlü X4 anaları Zərərçəkmiş şəxs yanında qalması müəyyən edilmiş və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 29.01.2019-cu il tarixdən başlayaraq X1 hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə iki uşaq üçün 320 manat sabit pul məbləğində aliment hər ay alınaraq Zərərçəkmiş şəxs xeyrinə verilməlidir; İcraata başlama haqqında 12.02.2019-cu il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-283/2019 saylı, 29.01.2019-cu il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; 18.11.2021-ci il tarixli 763 saylı qəbzdən görünür ki, Şəxs tərəfindən tələbkarın xeyrinə borcun ödənilməsi məqsədi ilə 250 manat məbləğində ödəniş olmuşdur; 23.11.2021-ci il tarixli 30678 saylı qəbzdən görünür ki, Şəxs tərəfindən tələbkarın xeyrinə borcun ödənilməsi məqsədi ilə 150 manat məbləğində ödəniş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı hazırkı icra sənədi üzrə isə borclu tərəfindən tələbkarın xeyrinə 400 manat ödəniş edilmişdir. Qeyd olunanan hallar isə borclunun qətnamənin icrasından yayınmağa çalışmadığını göstərir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən borcun qismən ödənilməsi ilə icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-890/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-890/2021
23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver