Məhkəmə qərarları › İş №3(039)-893/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-893/2021

02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-893/2021 02.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş MN seriyalı ******* saylı, 05.11.2021-ci il tarixdə li inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 05.11.2021-ci il tarixdə saat 12:40-da Şəxs MMC-yə məxsus Yevlax şəhəri H.Əliyev prospekti 101 ünvanında yerləşən “Neptun” marketdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2021-ci il tarixli 189 saylı qərarına əsasən karantin rejimi dövründə bir nəfər müştərinin xüsusi qoruyucu (maskadan) istifadə olunmaması faktı aşkar edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 çıxış edərək bildirmişdir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin müfəttişləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2021-ci il tarixli 189 saylı qərarına əsasən 05.11.2021-ci il tarixdə saat 12:40-da Şəxs MMC-yə məxsus Yevlax şəhəri H.Əliyev prospekti 101 ünvanında yerləşən “Neptun” marketdə karantin qaydalarına riayət olunub-olunmaması barədə yoxlama aparan zaman marketin daxilində bir nəfər müştərinin xüsusi qoruyucu (maskadan) istifadə etməməsi faktını aşkar etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ vergi nəzarəti tədbirləri şöbəsinin dövlət vergi müfəttişi, baş vergi xidməti müşaviri X3 çıxış edərək bildirmişdir ki, o, xidməti yoldaşı ilə birlikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2021-ci il tarixli 189 saylı qərarına əsasən 05.11.2021-ci il tarixdə saat 12:40-da Şəxs MMC-yə məxsus Yevlax şəhəri H.Əliyev prospekti 101 ünvanında yerləşən “Neptun” marketdə karantin qaydalarına riayət olunubolunmaması barədə yoxlama aparan zaman marketin daxilində bir nəfər müştərinin xüsusi qoruyucu (maskadan) istifadə etməməsi faktı aşkar edilmişdir. Bu barədə marketin adminstratoru məlumatlandırılmış və MMC barəsində inzibati xəta haqqında protokol tərdib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq sübyektlərinin monitorinqi şöbəsinin böyük dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri X6 şahid X1 izahatına uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 05.11.2021-ci il tarixdə li inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 05.11.2021-ci il tarixdə saat 12:40-da Şəxs MMC-yə məxsus Yevlax şəhəri H.Əliyev prospekti 101 ünvanında yerləşən “Neptun” marketdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2021-ci il tarixli 189 saylı qərarına əsasən karantin rejimi dövründə bir nəfər müştərinin xüsusi qoruyucu (maskadan) istifadə etməməsi faktı aşkar edilmişdir; Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında məlumatdan görünür ki, Şəxs MMC 14.07.2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınaraq 18.08.2004-cü il tarixdə MMC-yə VÖEN ********* verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, səlahiyətli orqanın nümayəndəsinin, şahidlərin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar