Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-895/2020 30.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yevlax RPŞ-dən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə idarə etdiyi VAZ-21154 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhəri ərazisində hərəkətdə olarkən, Yevlax RPŞ-nin DYPB-nin YPX əməkdaşları tərəfindən saxlanılmış və yoxlama zamanı məlum oluşdur ki, sürücü avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, VAZ-21154 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi və bütün lazımi sənədləri var. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında yaşadığı Yevlax rayonu, Salahlı kəndində yerləşən evində olarkən, dişi ağrıdığıüçün spirtli içki qəbul etmişdir. Səhəri gün yəni, xx xxxxxx 2020-ci il tarixdə idarə etdiyi avtomobillə Yevlax şəhəri ərazisində hərəkətdə olan zaman, təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Yevlax RPŞ-nin DYPB-nin YPX-i əməkdaşı idarə etdiyi avtomobilə saxla işarəsi vermişlər. YPX-i əməkdaşları ilə söhbət zamanı nəfəsindən spirtli içki iyi gəlmişdir. Yoxlama zamanı avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olmuşdur. Bu səbəbdən barəsində inzibati protokol tərtib edilmişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli alkotestrdən görünür ki, Şəxs sərxoşluq vəziyyətinin dərəcəsi 0,418 % olmuşdur. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs izahatlını dinləyib, iş materiallarını tətqiq edərək, hesab edirəm ki, Şəxs Azərbaycan RespublikasıİXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən, inzibati xətanı sərxoş vəziyyətdə törətməsi isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan RespublikasıİXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin şəxsiyyəti, əməlindən səmimi peşmançılığı, inzibati xətanın xarakteri və mahiyyəti nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxxxx 1973-cü il tarixdə Yevlax rayonu, Salahlı kəndində anadan olmuş, Yevlax rayonu, Salahlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-895/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-895/2020
30.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver