Məhkəmə qərarları › İş №3(039)-895/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-895/2021

23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-895/2021 23.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Yevlax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində 23 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Bakı Kommersiya Məhkəməsinin e-2-2(81)-534/2019 saylı, 19.08.2019-cu il tarixli icra vərəqəsinə əsasən yaranmış 11240,91 manat hüquqi şəxsə olan borcunu ödəməkdən yayınmışdır. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(81)-534/2019 saylı, 19.08.2019-cu il tarixli icra vərəqəsi Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq, borclu Şəxs Yevlax rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada çağırılmış və barəsində olan borcu ödəməsi tələb olunmuşdur. Lakin borclu tələbkara olan borcunu ödəməmişdir. Tələbkar "xxxx" Sığorta Şirkəti ASC şöbəyə ərizə ilə müraciət edərək icra sənədi üzrə digər borclu X5 hissəsində icra işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd edir ki, borclu əvvəllər "xxxx" ASC-də işləmiş və bununla əlaqədar Şəxs əmək haqqısına 50% tutulma aparılaraq tələbkara ödənilirdi, lakin hazırda borclu işləmir və tələbkara olan borcundan heç bir ödəniş etmir. İcra tədbirləri davam etdirilməklə borclu Şəxs barəsində olan borcu onun özünə və əmlakı hesabına ödətdirmək məqsədi ilə borclunun yaşadığı ünvanda olarkən, borcluya məxsus tələbin yönəldilə biləcəyi zəruri əmlakdan başqa heç bir əmlakı aşkar olunmamışdır. Borclunun daşınar və daşınmaz əmlakının olub olmaması, vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması, hər hansı bir növdə sosial müavinat alıb-almaması barədə lazımi orqanlara rəsmi sorğular edilmişdir. Edilmiş sorğuların cavabında bölməyə məlum olmuşdur ki, borclu heç bir yerdə işləməməklə, heç bir təqaüd növü almır, onun adına heç bir qiymətli əşya və əmlakı, daşınar və daşınmaz əmlakı yoxdur. Borclu Şəxs icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izah etdi ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(81)-534/2019 saylı, 19.08.2019-cu il tarixli icra vərəqəsinə əsasən ondan 11240,91 manat borc tutularaq tələbkar "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilməlidir. İşlədiyi müddətdə borcundan ödənişlər etmiş, lakin hazırda heç bir yerdə işləmədiyindən və maddi vəziyyəti ağır olduğundan borcunu ödəyə bilməmişdir. Borcu ödəməkdən imtina etmir. Növbəti ilin yanvar ayından işləməyə başlayacaq və əmək haqqısından tutulmalar aparılaraq tələbkarın xeyrinə hissə-hissə ödənişlər edə biləcəkdir. Əlavə olaraq bildirir ki, borcun ödənilməsi təkcə ona aid deyil, həmçinin digər borclu X2 da aiddir. Onlar borcu birgə götürmüşlər və müştərək qaydada borcu ödəməlidirlər. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. Məhkəmə Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan tərkib yoxdur. Belə ki, iş materiallarından məlum olur ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(81)-534/2019 saylı, 19.08.2019-cu il tarixli məhkəmə aktının nəticə hissəsində iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə cavabdehlər X5 və Şəxs müştərək qaydada borcun tutulması qərara alınmışdır. İcra məmuru tərəfindən borclu Şəxs barəsində icra tədbirləri keçirilmiş, lakin digər borclu X5 barəsində olan borcu onun özünə və əmlakı hesabına ödətdirmək məqsədi ilə icra tədbirləri həyata keçirilməmiş, borclunun daşınar və daşınmaz əmlakının olub olmaması, vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması, hər hansı bir növdə əmək haqqı alıb-almaması barədə lazımi orqanlara rəsmi sorğular edilməmişdir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar var. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında tərtib olunmuş protokolda və ona əlavə edilmiş sənədlərdə İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar