Məhkəmə qərarları › İş №3(039)-895/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-895/2022

26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-895/2022 26.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Yevlax rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X4, X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax şəhəri Q.Qulyev küçəsi 1A mənzil 23-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 26 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 21.29 radələrində Yevlax şəhəri Dədə-Qorqud parkında, çayxananın qarşısında qonşusu X3 ucadan ünvansız şöyüşlər söyərək içtimai qaydanı pozmuşdur. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X7 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 21.29 radələrində Yevlax şəhəri Dədə-Qorqud parkında, çayxananın qarşısında qonşusunu ucadan ünvansız şöyüşlər söyərək içtimai qaydanı pozmuşdur.Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs vermiş olduğu izahatında göstərmişdir ki,X5 ilə qonşudurlar.Aralarında da,əvəllər münaqişə olduğunu bildirmişdir.Ramin gilə zəng vurmağının səbəbini belə əsəslandırmışdir ki,qonşu kimi suları daşanda,uşağı maşın yoluna çıxanda zeng vurub xəbərdarlıq edib.Sonuncu dəfədə az yaşlı bacısının oğlunun Ramin gilə bilmədən zəng vurduqdan sonra Dədə-Qorqud parkında görüşüblər.Söhbət əsnasında əlindan tutmaq istəyib lakin əli köynəyinə ilişdiyinə görə köynəyi söküldüyünü bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında şahid X5 inzibati xəta haqqında protokola öz münasibətini bildirərək qeyd etmişdir ki,özü Yevlax rayon Xaldan kəndində FHN-nin X6 İdarəsində işləyir.xx.xx.2022ci il tarixdə 102 xidmətinə zəng vuraraq həmin gündə Dədə-Qorqud parkında, çayxananın qarşısında az yaşlı övladının yanında Yevlax rayon Yaşıllaşdırma İdarəsində işləyən Şəxs adlı vətəndaş onu və ailəsini söyüb təhqir etmişdir. Hal hazırda Şəxsla barışdıqını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli 26.09. 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 21.29 radələrində Yevlax şəhəri Dədə-Qorqud parkında, çayxananın qarşısında qonşusu X3 ucadan ünvansız şöyüşlər söyərək içtimai qaydanı pozmuşdur. 221 №-li, xx.xx.2022-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs “yüngül dərəcə” alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi protokolu tərtib etmiş şəxsin, şahidin ifadəsi, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar