Məhkəmə qərarları › İş №3(039)-896/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-896/2021

23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-896/2021 23.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İnzibati xəta haqqında 22 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 11 sentyabr 2021-ci il tarixdə Yevlax şəhəri, H.Əiyev prospektində yerləşən Baytarlıq İdarəsinin binasından cərrahi alətlər dəsti olan 1 ədəd çanta və işlənmiş elektrik naqilləri oğurlamışdır. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X6 izah etdi ki, Yevlax rayon Baytarlıq İdarəsinin rəisi X5 11.09.2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, 11.09.2021-ci il tarixdə Yevlax rayonu H.Əliyev prospektində yerləşən Baytarlıq İdarəsinin inzibati binasından cərrahi alətlər dəsti olan 1 ədəd çanta və işlənmiş vəziyyətdə olan elektrik naqillərin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat vermiş və qanuni tədbir görülməsini xahiş etmişdir. Bu barədə Yevlax RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş və sonuncunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olduğundan inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, 11.09.2021-ci il tarixində Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən Baytarlıq İdarəsinin binasını nəzarətsiz və mühafizəsiz görmüş, binaya daxil olmuş və binanın içərisindən cərrahi alətlər dəsti olan 1 ədəd çanta və işlənmiş vəziyyətdə olan elektrik naqillərini satmaq məqsədilə oğurlamışdır. Oğurladığı əşyaları Bərdə rayonunda metal qəbulu sexinə tanımadığı bir şəxsə 30 manata satmışdır. Oğurluq edən zaman tək olmuş və maddi imkanı olmadığı üçün oğurluq etmişdir. Maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyə bilmir. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X5 izahatında bildirdi ki, Yevlax rayonu Baytarlıq İdarəsinin rəisi vəzifəsində işləyir. 11.09.2021-ci il tarixdə İdarəyə gələndə elektrik naqillərin kəsildiyini və cərrahi alətlər dəsti olan 1 ədəd çantanın oğurlandığını aşkar etmişdir. Bu barədə 11.09.2021-ci il tarixində Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, qeyd etdiyi əşyaların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat vermiş və qanuni tədbir görülməsini xahiş etmişdir. Oğurluq nəticəsində İdarəyə ümumilikdə 90 manat ziyan vurulmuşdur. Hazırda Şəxs şikayətçidir. Məhkəmədən Şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq ona qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 və Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X4 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 sentyabr 2021-ci il tarixli qərardan məlum olur ki, törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş 22.11.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17.45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsində əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, oğurluğun cəmiyyətdə mənfi qarşılanmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olması, törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx.xx.1988-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) ay müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli 22 noyabr 2021-ci il tarixdən saat 17.45-dən hesablansın. Qərarın icrası Yevlax rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti Şəxs təqdim edilsin Şəxs 90 (doxsan) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X2 ödənilsin. Qərarın zərərin ödənilməsi hissəsində icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar