Məhkəmə qərarları › İş №3(039)-9/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-9/2023

03.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-9/2023 03.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs, müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1989-cu ildə Laçın rayonu Ərikli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Laçın rayonu Ərikli kəndində qeydiyyatda olan və Yevlax rayonu Aşağı Bucaq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 03 yanvar 2023cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində Yevlax rayonu Aşağı Bucaq kəndində küçədə YPX əməkdaşının xidmətinə maneəçilik yaradaraq onun qanuni tələbinə tabe olmamışdır. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin polis sahə rəisi X2 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, BDYPİ-nin YPXA-nın 8-ci tağımının polis nəfəri xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində Yevlax rayonu Aşağı Bucaq kəndi ərazisində xidmətdə olan zaman bir ədəd avtomobilin sol qabaq qabarit işığının yanmaması səbəbi ilə həmin avtomobili saxlamaq üçün arxası ilə getmiş, lakin həmin avtomobil maqistral yoldan çıxaraq kəndin ərazisinə girmiş və YPX əməkdaşı həmin avtomobilin arxası ilə hərəkət etmiş və avtomobilə çatmamış yolun kənarında dayanan vətəndaş YPX avtomobilin qarşısına çıxaraq polis əməkdaşının avotobilinin qarşısını kəsərək müşahidə aparmasına müneəçilik yaratmış və onun xidmətinə maneəçilik törətmişdir. Bundan sonra polis əməkdaşı həmin vətəndaşı nizam-intizama dəvət etsə də, həmin vətəndaş polisin qanuni tələbinə tabe olmayaraq polis əməkdaşına qarşı söyüşlər işlətmişdir. Bundan sonra həmin vətəndaş həmin ərazidən qaçmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, yeni il bayramı münasibəti ilə yaşadığı Yevlax rayonu Aşağı Bucaq kəndində özünə məxsus evdə qonaqları ilə yeyib-içdikdən sonra qonaqlarını yola salmaq üçün saat 22:30 radələrində küçəyə çıxmışlar. Həmin vaxt markasını görmədiyi bir avtomobil yüksək sürətlə onların yanından keçdikdə onun qılçasına toxunmuşdur və nəticədə yerə yıxılmışdır. O, qalxan zaman başqa bir avtomobilin də gəldiyini görüb həmin avtomobilin qarşısını kəsmişdir, lakin həmin avtomobilin YPX avtomobili olduğunu göməmişdir. Bundan sonra YPX avtomobilində olan polis əməkdaşı avtomobildən döşərək ona ximətini aparmasına maneəçilik yaratmamasını bildirdikdə, aralarında sözlə mübahisə yaranmışdır. Bundan sonra o, polis əməkdaşından üzr istəmişdir. Hazırda himayəsində 11 yaşında azyaşlı övladının olmasını və əmləndən peşman olmasını bildirərək barəsində həbslə əlaqədar olmayan cəzanın seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı Vİİİ tağım yol patrul xidməti inspektoru, polis serjantı X4 çıxış edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində Yevlax rayonu Aşağı Bucaq kəndi ərazisində xidmətdə olan zaman bir ədəd avtomobilin sol qabaq qabarit işığının yanmaması səbəbi ilə həmin avtomobili saxlamaq üçün arxası ilə getmiş, lakin həmin avtomobil maqistral yoldan çıxaraq kəndin ərazisinə girmiş və o, həmin avtomobilin arxası ilə hərəkət etmiş və avtomobilə çatmamış yolun kənarında dayanan vətəndaş xidməti avtomobilin qarşısına çıxaraq onun avotobilinin qarşısını kəsərək müşahidə aparmasına müneəçilik yaratmış və onun xidmətinə maneəçilik törətmişdir. Bundan sonra o, həmin vətəndaşı nizam-intizama dəvət etsə də, həmin vətəndaş onun qanuni tələbinə tabe olmayaraq ona qarşı nalayiq sözlər işlətmişdir. Bundan sonra həmin vətəndaş həmin ərazidən qaçmışdır. Hadisədən sonra vətəndaş ondan üzr istəmişdir. Barəsində həbslə əlaqədar olmayan cəza tətbiq edilməsini xahiş etdi. Müdafiəçi Vəkil məhkəmə iclasında Şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: MN seriyalı ******* nömrəli 03 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində Yevlax rayonu Aşağı Bucaq kəndində küçədə YPX əməkdaşının xidmətinə maneəçilik yaradaraq onun qanuni tələbinə tabe olmamışdır; xx.xx.2023-cü il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:00-da tutulmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı Vİİİ tağım yol patrul xidməti inspektoru, polis serjantı X3 xx.xx.2023cü il tarixdə Yevlax Rayon Məhkəməsinə ünvanladığı ərizəsindən görünür ki, Şəxs ondan üzr istəmişdir və onun barəsində həbslə əlaqəli olmayan cəzanın seçilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidin, Şəxs özünün və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 1 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 6 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar