Məhkəmə qərarları › İş №3(039)-902/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-902/2021

24.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-902/2021 24.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2, barəsində inzibati icraat aparılan şəxsin vəkili X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı, 23 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 23.11.2021-ci il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 çıxış edərək bildirmişdir ki, 23.11.2021-ci il tarixdə saat 19:00 radələrində rayon polis şöbəsinin əməkdaşları Yevlax rayon Prokurorluğundan daxil olan məktubla əlaqədar, ünvan 2 ünvanda yaşayan Şəxs məxsus ünvana gedib, onu Yevlax rayon prokurorluğunda barəsində olan material ilə əlaqədar prokurorluğa dəvət edərkən vətəndaş Şəxs əsaslı səbəb olmadan onlara qarşı kobudluq edərək ucadan polisinin ünvanına nəlayiq söyüşlər söyərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək vermiş olduğu izahatında, 23.11.2021-ci il tarixdə saat 19:00 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşlarının evinə hücum etdiklərini, ailə üzvlərini hədələdiklərini və onu polis şöbəsinə apardıqlarını bildirmişdir. Onun tərəfindən polis əməkdaşlarına hər hansı tabesizlik göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis mayoru X6 çıxış edərək bildirmişdir ki, cinayət axtarış bölməsinin əməliyyat müvəkkili polis leytenantı Nuqay Qurbanov ilə birlikdə Yevlax rayon prokurorluğundan daxil olan məktubla əlaqədar, ünvan 2 ünvanda yaşayan Şəxs məxsus ünvana gedib, onun, Yevlax rayon prokurorluğunda barəsində olan material ilə əlaqədar prokurorluğa dəvət edildiyini bildirərkən, Şəxs və onun ailə üzvləri-bacısı, anası onlara hücum etmiş, onların ünvanına nalayiq söyüşlər söymüş və avtomobilini təpiklə vurmağa başlamışlar. Şəxs nizam-intizama dəvət olunsa da, öz qanunsuz hərəkətlərini yenə də davam etdirmiş və bu səbədən saxlanılaraq polis şöbəsinə aparılmış və iltizam alındıqdan sonra evə buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı X4 şahid X3 izahatına uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN ******* saylı, 23 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 23.11.2021-ci il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 206920 nömrəli vəsiqədən müəyyən olunur ki, Şəxs İİ qrup əlildir; atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Şəxs himayəsində 16 iyul 2009-cu il təvəllüdlü uşağı var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini(İİ qrup əlil olmasını, himayəsində 14 yaşına çatmayan uşağı olmasını), məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar