Məhkəmə qərarları › İş №3(039)-911/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-911/2021

09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-911/2021 09.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: Ağdam rayonu Quzanlı qəsəbəsində qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdam rayonu Quzanlı qəsəbəsində qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 16.11.2021-ci il tarixdə İran İslam Respublikasından 37AA389/37AA390 nömrə nişanlı nəqliyyat vasitəsilə idxal edilmiş “Şüşə” yükünə 17.11.2021 -ci il tarixli, **********8852 saylı gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Qeyd edilən gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs MMC-nin ünvanına 37AA389/37AA390 nömrə nişanlı nəqliyyat vasitəsilə idxal edilmiş yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, Şəxs MMC-nin ünvanına 16.11.2021 -ci il tarixdə İran İslam Respublikasından idxal edilmiş “Şüşə” yükünə 17.11.2021 -ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Qeyd edilən gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs MMC-nin ünvanına idxal edilmiş mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Belə ki, ixrac edən hüquqi şəxs nəqliyyat vasitəsi gömrük postuna çatdıqdan sonra elektron qaydada qısa idxal bəyannaməsini elektron sistemə yerləşdirmişdir. Bu səbəbdən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, qeyd olunan yükə görə qısa idxal bəyannaməsi hüquqi şəxs tərəfindən nəqliyyat vasitəsi gömrük məntəqəsinə çatmamış təqdim edilmişdir. Lakin sistemdə problem olduğu üçün qısa idxal bəyannaməsi sistemdə gec əks olunmuşdur. Elektron çıxarışa nəzər salınsa görmək olar ki, mal daxil olduqdan çox qısa zaman keçməmiş idxal bəyannaməsi elektron sistemdə əks olunmuşdur. Təmsil etdiyi hüquqi şəxsin həmin malı bəyan etməmək kimi niyyəti olmamışdır. Protokol əsassız olduğundan hüquqi şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 22.11.2021-ci il tarixli 11000- 1676/21 saylı protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına 16.11.2021-ci il tarixdə İran İslam Respublikasından 37AA389/37AA390 nömrə nişanlı nəqliyyat vasitəsilə idxal edilmiş “Şüşə” yükünə 17.11.2021 -ci il tarixli, **********8852 saylı gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Qeyd edilən gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs MMC-nin ünvanına 37AA389/37AA390 nömrə nişanlı nəqliyyat vasitəsilə idxal edilmiş yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında protokolu, səlahiyətli orqanın nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin dispozisiyasına əsasən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin elektron formada verilməməsinə görə inzibati məsuliyyət yarandığından, hazırkı halda isə qeyd olunan yükə dair qısa idxal bəyannaməsinin Şəxs MMC tərəfindən mallar gömrük sahəsinə gətirilməzdən əvvəl elektron formada verilməsi ilə inzibati xətanın törədilməsi istisna olunduğundan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar