Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-912/2021 09.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: Mingəçevir şəhəri İ.Qayıbov ev 4 mənzil 25 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mingəçevir şəhəri İ.Qayıbov ev 4 mənzil 25 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 15.11.2021 -ci il tarixdə İran İslam Respublikasından 37AA311/37AA312 nömrə nişanlı nəqliyyat vasitəsilə idxal edilmiş “Şveller” və “Penaplas” yükünə 15.11.2021 -ci il tarixli **********8852 saylı gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Qeyd edilən gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs MMC-nin ünvanına 37AA311/37AA312 nömrə nişanlı nəqliyyat vasitəsilə idxal edilmiş yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1 -ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, Şəxs MMC-nin ünvanına 15.11.2021 -ci il tarixdə İran İslam Respublikasından idxal edilmiş “Şveller” və “Penaplas” yükünə 15.11.2021-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Qeyd edilən mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bu səbəbdən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, diqqətlərindən yayındığı üçün qeyd olunan yükə görə qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 22.11.2021-ci il tarixli 11000- 1678/21 saylı protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına 15.11.2021 -ci il tarixdə İran İslam Respublikasından 37AA311/37AA312 nömrə nişanlı nəqliyyat vasitəsilə idxal edilmiş “Şveller” və “Penaplas” yükünə 15.11.2021-ci il tarixli **********8852 saylı gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Qeyd edilən gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs MMC-nin ünvanına 37AA311/37AA312 nömrə nişanlı nəqliyyat vasitəsilə idxal edilmiş yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1 -ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-912/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-912/2021
09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver