Məhkəmə qərarları › İş №3(039)-912/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-912/2025

30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-912/2025 30.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Mədətov Samir Yusif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2, Tələbkarlar Zərərçəkmiş şəxs, X3 barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Yevlax rayonunda, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş 30 may 2025-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-2390/2024 saylı xx.xx.2024-cü il tarixli, 2(039)-602/2025 saylı xx.xx.2025-ci il tarixli, 2(039)-1970/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə yaranmış borcları ödəməmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X7 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, 30 may 2025-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-2390/2024 saylı xx.xx.2024-cü il tarixli, 2(039)- 602/2025 saylı xx.xx.2025-ci il tarixli, 2(039)-1970/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə yaranmış borcları ödəməmişdir. xx.xx.2024-cü il tarixli 2(039)-2390/2024 saylı icra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək, aliment borcundan 4 aydır ödəniş etmədiyini, övladının talasamiya xəstəsi olduğunu, uşaqın gözlərində müalicə etdiyini, bildirərək icra sənədinin tam olaraq icra edilməsini xahiş etmişdir xx.xx.2024-cü il tarixli 2(039)-1970/2024 saylı icra vərəqəsi üzrə tələbkar X9 məhkəmə iclasında çıxış edərək ümumi 17000 manat borcdan sadəcə 2 dəfə ayrı-ayrılıqda 200 manat ödəniş etmişdir. İcra sənədinin tam olaraq icra edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli 2(039)-602/2025 saylı icra vərəqəsi üzrə tələbkar X4 ilə məhəkəmə iclasında telefonla əlaqə saxlanılmış, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və icra sənədinin tam olaraq icra edilməsini xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, işlədiyi dövrdə alimenti vaxtı-vaxtında ödədiyini, lakin yeni işə başladığını və botcları vaxtında ödəyəcəyini, avtomobilini satıb həm tələbkar Zərərçəkmiş şəxs həmdə X1 qalan borcları tam şəkildə ödəyəcəyini, lakin X5 münasibətdə ümumi borcdan hər ay 200 manat ödəməyə imkanının çatdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 30 may 2025-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-2390/2024 saylı xx.xx.2024-cü il tarixli, 2(039)-602/2025 saylı xx.xx.2025-ci il tarixli, 2(039)-1970/2024 saylı xx.xx.2024cü il tarixli icra sənədləri üzrə yaranmış borcları ödəməmişdir. xx.xx.2024-cü il tarixli 2(039)-2390/2024 saylı icra vərəqəsi üzrə xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixindən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilsin. xx.xx.2025-ci il tarixli 2(039)-602/2025 saylı icra vərəqəsi üzrə xx.xx.2023-cü il tarixli, müqavilələr üzrə 280 manat ödənilməmiş hissə və 30 manat dövlət rüsumu Şəxs alınaraq X1 ödənilsin. xx.xx.2024-cü il tarixli 2(039)-1970/2024 saylı icra vərəqəsi üzrə cavabdeh Şəxs 17000 manat pul alınaraq X5 ödənilsin Bir neçə icra sənədini bir icraatda birləşdirilməsi haqqında 30 may 2025ci il tarixli qərara əsasən 2(039)-2390/2024 saylı, 2(039)-602/2025 saylı, 2(039)-1970/2024 saylı icra vərəqələri üzrə icraat bir qərarda birləşdirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, icra məmuru, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Yevlax Rayon Məhkəməsinin icra sənədinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclunun icra sənədinin üzürsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə sonuncunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə Şəxs barəsində göstərilən maddənin sanksiyasının daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 30 may 2025-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar