Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-914/2021 27.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Yevlax rayonu Nemətabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Nemətabad kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” 25 noyabr 2021-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 09 fevral 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 18 noyabr 2021-ci il tarixdə X2 döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X6 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, X1 Şəxs tərəfindən döyülməsi barədə müraciəti əsasında 25 noyabr 2021-ci il tarixdə Yevlax rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış, Şəxs əməllərində cinayət tərkibi olmadığından təhqiqat bölməsi cinayət işinin başlanmasını rədd etmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək bildirmişdir ki, X5 onunla qonşuluqda yaşayır. 18 noyabr 2021-ci il tarixdə evində yaşadığı Təzəgül adlı qadından özünə məxsus sənədlərini istədikdə Təzəgül ona sənədlərinin qonşusu X3 olduğunu və ondan sənədləri gedib götürməyi bildirmişdir. O, Fidangilə gedib sənədlərini istədikdə Fidan ilə arasında mübahisəsi olmuşdur. Lakin o, Fidanı vurmamışdır. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs onun qonşuluğunda yaşayan Təzəgül adlı qadının evində yaşayır. İsanın Təzəgülə borcu olduğu üçün Təzəgül İsanın sənədlərini alıb özündə saxlayır, İsanı isə aldadır ki, guya sənədləri saxlamaq üçün mənə verib. 18 noyabr 2021-ci il tarixdə evdə olan zaman İsa onun yaşadığı evə gələrək özünə məxsus sənədləri ondan istəmişdir. O, İsaya sənədlərinin onda olmadığını bildirmişdir. Bundan sonra İsa heç bir əsas olmadan əlində olan taxta parçası ilə qarnına və qoluna vumuş, əli ilə boğazını sıxmışdır. O, iki aylıq hamilədir, Şəxs hərəkətləri onun uşağının ölümünə də səbəb ola bilərdi. Hazırda Şəxs şikayətçi olduğunu bildirərək sonuncunun inzibati məsuliyyətə cəlb edilməsi barədə qərər qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Vəkil çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 27 noyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 18 noyabr 2021-ci il tarixdə X2 döymüşdür; cinayət işinin başlanmasının rədd edilməsi barədə 25 noyabr 2021-ci il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə şəxs üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 15 ( on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 27 noyabr 2021-ci il tarixdən saat 12:50-dən hesablansın. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərardan, rəsmi qaydada alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-914/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-914/2021
27.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver