Məhkəmə qərarları › İş №3(039)-915/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-915/2025

21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-915/2025 21.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Yevlax RPŞ-nin DYP bölməsinin 05 mart 2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax RPŞ-nin DYP bölməsinin YPX-nin inspektoru polis serjantı X2 tərəfindən 05 mart 2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərar ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 100 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, X3 xx.xx.2025-ci il tarixdə Yevlax rayon Aşağı Qarxun kəndində Mercedes-Benz C240 minik markalı ** FB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfuqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış X3 məhkəmə iclasında bildirmişdir ki, həmin günü avtomobili özü yox, etibarnamə verdiyi şəxs idarə etmişdir, özü isə sürücünün yanında əyləşmişdir.Ona həmin gün elektron qaydada bildiriş göndərilsədə, dəfələrlə Yevlax RPŞ-nin DYPB-nə müraciət etsədə, ona hər-hansısa görüntü təqdim edilməmişdir. Yevlax RPŞ-nin DYP bölməsinin YPX-nin nümayəndəsi əvvəlki məhkəmə iclasında videogörüntüləri təqdim edəcəyini bildirsədə növbəti məhkəmə iclasına məhkəmə tərəfindən sübutların təqdim olunmasına dair rəsmi bildiriş göndərilsədə, heç bir sübut təqdim edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yevlax RPŞ-nin DYP bölməsinin YPX-nin inspektoru polis serjantı X2 tərəfindən 05 mart 2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərar ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 100 manat məbləğində cərimə edilmişdir. İs materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Yevlax RPŞ-nin DYP bölməsinə hadisəyə aid görüntülərin Yevlax rayon Məhkəməsinə göndərilməsi tələb olunsada, Yevlax RPŞ-nin DYP bölməsi hadisəyə dair heç bir sübut təqdim etməmişdir. Beləliklə məhəkəmə belə qənaətə gəlir ki şəxsin inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. X1 şikayəti təmin edilməli, barəsində Yevlax RPŞ-nin DYP bölməsinin 05 mart 2025ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Yevlax RPŞ-nin DYP bölməsinin 05 mart 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilsin. 05 mart 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar