Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-916/2021 29.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon prokurorunun müavini X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış və Yevlax rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax rayon prokurorluğunda tərtib olunmuş qərar baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzaibati xəta haqqında materiallardan görünür ki, Yevlax rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Xəzər Eldarov tərəfindən araşdırılmış HK-1\1816 saylı material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə dair 15.11.2021-ci il tarixli qərar, Şəxs Saləddin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün rayon prokurorluğuna göndərilmişdir. Qərardan görünür ki, xx.xx.1994–cü il təvəllüdlü, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş Yevlax şəhəri Dəmir yolu binası 13, mənzil 8-ə yaşayan Şəxs Saləddin oğlu qəsdən, araşdırmaya məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuanaya bənzər kütləni əldə edərək özündə saxlamasında şübhəli bilindiyi üçün 30.08.2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhəri Pişəvəri küçəsində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilmiş, müdafiəçisi Hüseyn Abbasovun iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükülünün və 01 ədəd kibrit qutusunun içərisindən narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmin fakta görə Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Mehman Əsədov tərəfindən ilkin araşdırma aparılmışdır. Şəxs Saləddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuş, habelə həmin tarixdə iş üzrə məhkəmə-kimyəvi ekspertizası təyin edilməklə müvafiq ekspert rəyi alınaraq materiala əlavə edilmişdir. 01.09.2021-ci il tarixdə material araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Yevlax rayon polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir. Araşdırma aparılarkən Şəxs Saləddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən 01.09.2021-ci il tarixdə onun Yevlax rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında Yevlax rayon prokurorunun müavini X2 çıxış edərək bildirmişdir ki, X3 tərəfindən aparılmış araşdırma zamanı Şəxs Saləddin oğlunun əməlində cinayət tərkibi olmadığından 15 noyabr 2021-ci il tarixli qərarla barəsində cinayət işinin başlanması rədd edilmiş və Şəxs Saləddin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün qərarın surəti Yevlax rayon prokurorluğuna göndərilmişdir. Bundan sonra müəyyən edilmişdir ki, xx.xx.1994–cü il təvəllüdlü, əvvəllər Biləsuvar Rayon Məhkəməsinin 28.01.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 08 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Yevlax şəhəri Dəmir yolu binası 13, mənzil 8-ə yaşayan Şəxs Saləddin oğlu araşdırmaya məlum olmayan mənbədən və vaxtda qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında, yəni, 01 ədəd kağız bükümdə və 01 ədəd kibrit qutusunda, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri -0,18 qram və 2.98 qram olmaqla ümumi təmiz çəkisi 3,16 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananı əldə edib saxlamışdır. Bu hərəkətləri ilə Şəxs Saləddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göründüyü kimi Şəxs Saləddin oğlu əvvəllər Biləsuvar Rayon Məhkəməsinin 28.01.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 08 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə üzərində qəti olaraq 04 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Şəxs Saləddin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, narkotik vasitə aludəçisidir. Saxlanılmamışdan təxminən 1 həftə əvvəl piyada Yevlax şəhərində dəmiryolu vağzalının ətrafında gəzərkən yerdən 01 ədəd kibrit qutusu tapmışdır. Həmin kibrit qutusunu açıb içərisinə baxdıqda içərisində narkotik vasitə olan marixuana olduğunu görmüş, kibrit qutusunu içərisində olan narkotik vasitə olan marixuanadan istifadə etmək üçün cibinə qoyub üzərində saxlamışdır. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 15 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Yevlax rayon prokuroru qarşısında məsələ qaldırılması qərara alınmışdır; inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında 29 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi Yevlax rayon prokurorunun müavini X1 və barəsində inzibati icraat aparılan şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini(əvvəllər eyni əmələ görə cinayət məsuliyyətinə cəlb edilməsini), məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 15 ( on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 29 noyabr 2021-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-916/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-916/2021
29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver