Məhkəmə qərarları › İş №3(039)-916/2025

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-916/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-916/2025 17.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası DİN BDYP-nin tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28234548 saylı inzibati tənbeh vermə haqqında protokoldan X2 tərəfindən verilmiş şikayətə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, məhkəmə müəyyən etdi: X2 Azərbaycan Respublikası DİN BDYP tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28234548 saylı inzibati tənbeh vermə haqqında protokoldan şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X1 məhkəməyə ərizə ilə mürciət edərək, şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X1 tərəfindən ərizə verildiyindən Azərbaycan Respublikası DİN BDYP- qəbul edilmiş inzibati tənbeh vermə haqqında protokoldan verdiyi şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 114-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Azərbaycan Respublikası DİN BDYP-nin tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28234548 saylı inzibati tənbeh vermə haqqında protokoldan X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Yevlax Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar