Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-918/2021 29.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Ukrayna Respublikası Odessa vilayəti Şiryayevo rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 29 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 28.11.2021-ci il tarixdə saat 01:00 radələrində Yevlax şəhəri H.Əliyev prospektində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 çıxış edərək bildirmişdir ki, rayon X9 patrul xidməti bölüyünün əməkdaşları 28.11.2021-cİ il tarixdə radələrində H.Əliyev prospektində xidmətdə olan zaman saat 01:00 radələrində hər iki dövlət qeydiyyat nişanı üzərində olmayan “VAZ 21099” markalı avtomobilin hərəkətdə olduğunu görüb həmin avtomobilin sürücüsünə xüsusi siqnalla dayanması barədə siqnal vermişlər. Bundan sonra həmin avtomobil dayanmışdır. Post patrul xidməti bölüyünün əməkdaşları yol patrul xidmətinin əməkdaşlarını çağırmışlar. Polis əməkdaşları sürücüdən avtomobilə dair sənədləri tələb etdikdə avtomobili sürən şəxs avtomobilin ona məxsus olmadığını və yanında əyləşən sərnişinə aid olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları həmin şəxsdən avtomobilə dair sənədləri tələb etdikdə o, sənədləri verməkdən imtina etmişdir. Bundan sonra avtomobildə olan heç bir şəxsin avtomobilə dair sənədlərinin olmadığını müəyyən edilmiş, avtomobili sürən şəxsə qanunla nəzərdə tutulmuş cərimə tətbiq edilmiş və digər şəxsdən, yəni Şəxs avtomobilin açarlarını tələb etdikdə o, açarları verməkdən imtina etmiş və polis əməkdaşlarını telefon vasitəsi ilə çəkməyə başlamışdır. Bundan sonra vətəndaş Şəxs polis şöbəsinə aparılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında bildirmişdir ki, Bərdə şəhərində yaşayır. 28 noyabr 2021-ci il tarixdə gecə saatlarında atasına məxsus avtomobil ilə Yevlax şəhərinə tanıdığı şəxsin yanına gəlmiş. Lakin əlində xəsarət olduğundan avtomobili idarə etməyi yanındakı şəxsə tapşırmışdır. Yevlax şəhəri H.Əliyev prospektində hərəkətdə olan zaman polis əməkdaşları avtomobili saxladaraq onun üstünə qışqırmışlar. Bundan sonra yol patrul xidməti əməkdaşları ondan avtomobilin açarları tələb etmiş və o, açarları verməkdən imtina etmişdir. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon X9-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X5 çıxış edərək bildirmişdir ki, post yoldaşı ilə birlikdə 28.11.2021-cİ il tarixdə radələrində H.Əliyev prospektində xidmətdə olan zaman saat 01:00 radələrində hər iki dövlət qeydiyyat nişanı üzərində olmayan “VAZ 21099” markalı avtomobilin hərəkətdə olduğunu görüb həmin avtomobilin sürücüsünə xüsusi siqnalla dayanması barədə siqnal vermişlər. Bundan sonra həmin avtomobil dayanmışdır. Onlar sürücüdən avtomobilə dair sənədləri tələb etdikdə avtomobilin sürücüsü avtomobilin ona məxsus olmadığını və yanında əyləşən şəxsə aid olduğunu bildirmişdir. Bundan sonra onlar həmin şəxsdən avtomobilə dair sənədləri tələb etdikdə o, sənədləri verməkdən imtina etmişdir. Bundan sonra onlar yol patrul xidmətinin əməkdaşlarını çağırmışlar. Yol patrul xidməti əməkdaşları gəldikdən avtomobilin sahibin müəyyən edilməsi məqsədi ilə avtomobilin açarları Şəxs istənilmiş, sonuncu isə açarları verməkdən imtina edərək polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon X7 yol polis bölməsi yolpatrul xidməti inspektoru, polis serjantı X8 şahid X3 izahatına uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 29 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 28.11.2021-ci il tarixdə saat 01:00 radələrində Yevlax şəhəri H.Əliyev prospektində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; 28 noyabr 2021-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 28 noyabr 2021-ci il tarixdə saat 03:10-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin izahatı, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsinin sanksiyası hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 ( səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 28 noyabr 2021-ci il tarixdən saat 03:10-dan hesablansın. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-918/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-918/2021
29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver