Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-921/2021 29.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat X7 postunun baş inspektoru X3 Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Ucar rayonu, Boyat kəndində qeydiyyatda olan, Şəxs MMC (Vöen: **********) tərəfindən 21.01.2021-ci il tarixli 01 saylı müqavilə əsasında 30.01.2021-ci il tarixli **********6629 saylı gömrük bəyannaməsi ilə ümumi dəyəri 17845,00 ABŞ dolları olan “Nar şirəsi” yükü rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac olunmuş və ya ixrac olunan malın müqabilində şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 9845,00 ABŞ dolları məbləğində valyuta vəsaiti xaricdən qaytarılmamışdır. Yevlax Gömrük postunun baş inspektoru X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, Ucar rayonu, Boyat kəndində qeydiyyatda olan Şəxs MMC (Vöen: **********) tərəfindən 21.01.2021-ci il tarixli 01 saylı müqavilə əsasında 30.01.2021-ci il tarixli **********6629 saylı gömrük bəyannaməsi ilə ümumi dəyəri 17845,00 ABŞ dolları olan “Nar şirəsi” yükü rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac olunmuş və ya ixrac olunan malın müqabilində şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 9845,00 ABŞ dolları məbləğində valyuta vəsaiti xaricdən qaytarılmamışdır. Göstərilənlərlə əlaqədar müvafiq araşdırma aparıldıqdan sonra Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsində nəzərdə tutulan tərkib olduğundan müvafiq protokol tərtib edilmişdir. Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunması haqqında qərar qəbul edilməsini xahiş etdi. Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, 2000 ABŞ dolları məbləğində valyuta vəsaiti ödənilmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18.11.2021-ci il tarixli, 11000-1665/21 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Ucar rayonu, Boyat kəndində qeydiyyatda olan, Şəxs MMC (Vöen: **********) tərəfindən 21.01.2021-ci il tarixli 01 saylı müqavilə əsasında 30.01.2021-ci il tarixli **********6629 saylı gömrük bəyannaməsi ilə ümumi dəyəri 17845,00 ABŞ dolları olan “Nar şirəsi” yükü rəsmiləşdirilərək Rusiya Federasiyasınaixrac olunmuş və ya ixrac olunan malın müqabilində şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 9845,00 ABŞ dolları məbləğində valyuta vəsaiti xaricdən qaytarılmamışdır. Azərbaycan Beynəlxalq Bankın kredit haqqında bildirişindən görünür ki, 2000 ABŞ dolları məbləğində valyuta vəsaiti ödənilmişdir. X5 Konsiqnasiya əməliyyatları üzrə hesabatından görünür ki, qalıq borc 7845.00 ABŞ dolları məbləğində valyuta vəsaiti təşkil edir. Məhkəmə, Yevlax Gömrük postunun baş inspektoru X3 və Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ucar rayonu, Boyat kəndində qeydiyyatda olan, Şəxs MMC (Vöen: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 7845.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 (otuz) faizi miqdarında (ödənilən günü manatla olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-921/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-921/2021
29.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver