Məhkəmə qərarları › İş №3(039)-921/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-921/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-921/2025 01.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Mədəov Samir Yusif oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti X8 Şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X1, X8 Təhsil İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, X8 Təhsil İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə X8 Təhsil İdarəsi barəsində Azərbaycan Respublikasının İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti X8 Şöbəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokol daxil olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti X8 Şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X2 məhkəmə iclasında çıxış edərək bildirdi ki, vətəndaş müraciəti əsasında iş araşdırılıb və məlum olub ki, M.Əhmədzadə təşilatçı müavin olmasına baxmayaraq, xx.xx.2022-ci il tarixdən uşaqlarla məktəbdənkənar və sinifdənxarici tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə keçirilib. Lakin M.Əhmədzadəyə bununla bağlı rəsmi xəbərdarlıq edilməyərək Əmək Məcəlləsinin şərtləri pozulmuşdur. Həmin müddət üçün əmək haqqının yenidən qanunvericiliyin tələbinə uyğun hesablanaraq fərq müəyyən edilmişdir. Bu səbəbdən X8 Təhsil İdarəsinə həmin müddətdə əmək haqının yenidən hesablanaraq müəyyən edilmiş fərqin ödənilməsi məqsədilə məcburi göstəriş verilib. Buna baxmayaq göstəriş icra edilməmişdir. Şəxs nümayəndəsi X5 iclasda çıxış edərək bildirdi ki, bildiriş alınıb və cavablandırılmışdır.X6 Xidmətinin X8 şöbəsinə məktub ünvanlanmışdır. Biz isə nə işə götürən nədə işdən azad edən tərəfik. Buna görə də məhkəmədən dediklərini nəzərə alınmasını xahiş etdi. X8 Təhsil İdarəsi ona istinad olunan inzibati xətanı törətməsi işdə olan protokol və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, işdə olan MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X8 Təhsil İdarəsində xx.xx.2025-ci il tarixdə işçi Mərdan Əhmədzadə əmək hüquqlarının bərpa olunması ilə bağlı DƏMX-nin X8 Təhsil Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2- 40897/2025 nömrəli icrası məcburi olan göstəriş icra edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlitinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilmiş 00QCVMF000103-104 və 00QCVMF00020-25 nömrəli əmək müqaviləsi bildirişlərinin etibarsız hesab edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi və görülmüş tədbirlərin nəticəsi barədə X6 Xidmətinin X8 şöbəsinə məlumat verilməsi barədə xx.xx.2025-ci il tarixli 3-17-5/2-7149/2025 nömrəli göstəriş xarakterli məktub ünvanlanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X8 Təhsil İdarəsində xx.xx.2025-ci il tarixdə işçi Mərdan Əhmədzadənin əmək hüquqlarının bərpa olunması ilə bağlı DƏMX-nin X8 Təhsil Şöbəsinin xx.xx.2025-cü il tarixli 3-17-5/2- 40897/2025 nömrəli icrası məcburi olan göstəriş icra edilməmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti X8 Şöbəsi tərəfindən MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokol qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXP-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, X8 Təhsil İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X8 Təhsil İdarəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar