Məhkəmə qərarları › İş №3(039)-922/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-922/2024

06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-922/2024 06.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ X8 Əliyar oğlunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, Şəxs barəsində Azərbaycan Respublikasının 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 24 iyun saat 10.30-da Vaz 2106 markalı **-BN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini idarə edən zaman Xaldan-Mingəçevir yolunun Hacıselli kəndi ərazisindən keçən zaman ara məsafəsini düzgün saxlamadığı üçün Mercedes-Benz Vito markalı ** EG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə sərnişin X3 və X2 bədən xəsarəti yetirmişdir, və AR İXMnin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi məlumat verilməsinə baxmayarq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsi barədə məlumat verməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ilə əlaqə saxlanılmış və məhkəmə iclasına çağırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, zərərçəkmiş şəxslərlə barışdığını, və məsələni məhkəmənin mülahizəsinə buraxdı Zərərçəkmiş şəxs X4 və X1 məhkəmə iclasında iştirakını təmin etmək üçün istifadəsində olan nömrə ilə elaqə saxlayaraq, məhkəmə iclasına çağırılsalarda iclasda iştirak edə bilməyəcəklərini və Şəxs şikayətçi olmadığını bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olumuş: AP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 24 iyun saat 10.30-da Vaz 2106 markalı **-BN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini idarə edən zaman Xaldan-Mingəçevir yolunun Hacıselli kəndi ərazisindən keçən zaman ara məsafəsini düzgün saxlamadığı üçün Mercedes-Benz Vito markalı ** EG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə sərnişin X3 və X2 bədən xəsarəti yetirmişdir, və AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon X7 X9 göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin, zərəçəkmiş şəxslərlə barışmasını, məsuliyyəti yüngülləşdirən hal kimi, ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar