Məhkəmə qərarları › İş №3(039)-923/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-923/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-923/2024 30.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Yevlax rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X14, barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru X5 Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə Yevlax rayon prokurorluğu tərəfindən tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon prokurorluğu tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında materiala əsasən "xxxx" MMC-ni təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs- hüquqi şəxsin direktoru X15 tərəfindən X7, X11, X16, X17 və X2-Ələt yolunun 210-cu km-də yerləşən tikiş fabrikində 2024-cü ilin mart ayından iyul ayınadək olan müddət ərzində dərzi və sürücü kimi əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Yevlax rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X25 izahatında göstərdi ki, "xxxx" MMC-ni təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs- hüquqi şəxsin direktoru X15 tərəfindən X7, X11, X16, X17 və X2-Ələt yolunun 210-cu km-də yerləşən tikiş fabrikində 2024-cü ilin mart ayından iyul ayınadək olan müddət ərzində dərzi və sürücü kimi əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Adları qeyd olunan şəxslər rayon prokurorluğunda izahat verərəkən bildirmişlər ki, Yevlax-Ələt yolunun 210-cu km-də yerləşən tikiş fabrikində 2024-cü ilin mart ayından iyul ayınadək olan müddət ərzində dərzi və sürücü kimi işləyirlər. Lakin X1 sistemindən çıxarışdan görünür ki, X7, X11, X16, X17 və X20 ilə "xxxx" MMC arasında heç bir əmək müqaviləsi bağlanılmamışdır. Nəticədə "xxxx" MMC tərəfindən İXMin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq "xxxx" MMC barəsində tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin direktoru X15 çıxışında bildirmişdir ki, rayon prokurorluğunun nümayəndəsinin qeyd etdiyi şəxsləri tanımır, həmin şəxslər onun tərəfindən işə götürülməmişdir. Qeyd olunan şəxslər "xxxx" MMC-nin direktoru X18 tərəfindən işə götürülmüşdür. Barəsində inzibati icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru X5 vəkili X19 çıxış edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxslə dərzi və sürücü işlərinin yerinə yetirilməsinə cəlb olunan şəxslər arasında heç bir əmək müqaviləsi bağlanmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC özünə məxsus qeyri-yaşayış sahəsini istehsalat sahəsi kimi istifadə olunması üçün "xxxx" MMC-yə icarəyə vermişdir. Dərzi və sürücü işlərinin yerinə yetirilməsinə cəlb olunan şəxslər 2024-cü ilin mart ayından iyul ayınadək olan müddətdə "xxxx" MMC-nin direktoru X18 tərəfindən işə götürülmüşdür. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilmiş, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün qərarın surəti rayon prokuroruna təqdim olunmuşdur; xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında qərardan görünür ki, "xxxx" MMC-ni təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxshüquqi şəxsin direktoru X15 tərəfindən X7, X11, X16, X17 və X2-Ələt yolunun 210-cu kmdə yerləşən tikiş fabrikində 2024-cü ilin mart ayından iyul ayınadək olan müddət ərzində dərzi və sürücü kimi əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir; İnzibati işə əlavə olunmuş X3, X4, X8, X9 və X12 izahatlarından görünür ki, qeyd olunan şəxslər Yevlax-Ələt yolunun 210-cu km-də yerləşən "xxxx" MMC-nin tikiş fabrikində 2024-cü ilin mart ayından iyul ayınadək olan müddət ərzində dərzi və sürücü kimi işləyirlər; İnzibati işə əlavə olunmuş X10 izahatlarından görünür ki, o, xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-nin direktor müavini vəzifəsində işləyir, MMC-nin direktoru Nurəli Yusibov olsa da, bütün işləri o yerinə yetirir. 2024-cü ilin mart ayının 8-dən etibarən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Adları qeyd olunan şəxsləri o işə götürmüşdür, həmin şəxslərlə "xxxx" MMC arasında heç bir əmək müqaviləsi bağlanmamışdır. X1 sistemindən çıxarışdan görünür ki, X7, X11, X16, X17 və X20 ilə "xxxx" MMC arasında heç bir əmək müqaviləsi bağlanmamışdır; xx.xx.2024-cü il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsindən (Bu sahədə dövlət siyasətini həyata keçirən heç bir dövlət orqanında qeydiyyatdan keçməmiş) görünür ki, "xxxx" MMC özünə məxsus qeyri-yaşayış sahəsinin istehsal sahəsi kimi istifadə olunması üçün "xxxx" MMC-yə vermişdir. Məhkəmə xx.xx.2024-cü il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsini nəzərdən keçirib hesab edir ki, müqavilə bu sahədə dövlət siyasətini həyata keçirən heç bir dövlət orqanında qeydiyyatdan keçmədiyindən və barəsində inzibati iş üzrə icraat aparılan şəxs tərəfindən qeydiyyatdan keçməsi barədə mötəbər sənəd təqdim olunmadığından sübut kimi qəbul olunmamalıdır. Məhkəmə qeyd edir ki, Yevlax rayon prokurorluğunda iş araşdırılarkən nə "xxxx" MMC-nin direktoru Nurəli Yusibov, nə də "xxxx" MMC-nin direktoru Arzu Hacıyeva qeyri-yaşayış sahəsinin istehsal sahəsi kimi istifadə olunması üçün hüquqi şəxslər arasında icarə müqaviləsi bağlandığını bildirməmişdir. X24 araşdırma zamanı prokurorluq orqanında verdiyi izahatında 2024-cü ilin mart ayının 8-dən etibarən "xxxx" MMC-nin direktoru vəzifəsində işlədiyini bildirsə də, məhkəmə araşdırması zamanı təqdim olunan sözügedən hüquqi şəxslər arasında bağlanmış müvafiq 05 yanvar 2024-cü il tarixli icarə müqaviləsinin icarəçi tərəfi kimi "xxxx" MMC-nin təsisçi direktoru olarq Arzu Hacıyeva tərəfindən imzalanmışdır. Hesab olunur ki, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında qərar qəbul olunduqdan sonra "xxxx" MMC ilə "xxxx" MMC arasında formal xarakterli, heç bir dövlət orqanında qeydiyyatdan keçirilmədən görüntü yaratmaq üçün həmin 07/24 saylı icarə müqaviləsi bağlanmışdır. Məhkəmə bu halı barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin inzibati məsuliyyətdən yayınmaq cəhdi olaraq qiymətləndirir. Məhkəmə, iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib hesab edir ki, "xxxx" MMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən "xxxx" MMC tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Belə ki, Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Yevlax rayon prokurorluğu "xxxx" MMC tərəfindən işçinin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş "xxxx" MMC barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın "xxxx" MMC tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nın məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və s. nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İXM-in 129cu maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar