Məhkəmə qərarları › İş №3(039)-924/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-924/2020

20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-924/2020 20.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X4, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş «cinayət işi başlanmasının rədd edilməsi barədə» xx xxxxxxxx 2020-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki,Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində Yevlax rayonu Yuxarı Qarxun kəndində aralarında yaranmış mübahisə zamanı X2 döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X6 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində Yevlax rayonu Yuxarı Qarxun kəndində aralarında yaranmış mübahisə zamanı X2 döydüyündən barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verib özünü təqsirli bilməyərək bildirdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə keçmiş həyat yoldaşı Rəsmiyə Hacıyeva bacısı ilə birlikdə onun yaşadığı evə gələrək bəzi əşyaların oradan götürərəkən, bu zaman o, onları evə buraxmamış, bu zaman aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Nərminə Hacıyeva evin giriş hissəsində olan şüşəni vuraraq sındırmış, onları vurmamış, onlara heç bir xəsarət yetirməmişdir. Onları evə buraxmadığı üçün hazırda əməlindən səmimi peşmançılıq çəkir. Zərər çəkmiş şəxs X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs onun bacısının keçmiş həyat yoldaşıdır. xx xxxxxxxx 2020-ci il tarixdə bacısı Rəsmiyyə ilə birlikdə uşaqlarına məxsus bəzi geyim əşyalarını Səxavətin yaşadığı evdən götürmək üçün onlara getmiş, Səxavət onları evə buraxmamışdır. Bu zaman aralarında mübahisə baş vermiş mübahisə zamanı Səxavət ona xəsarət yetirmişditr. Hazırda Şəxs şikayətçidir, onun haqqında qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X3 xəsarət yetirən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Yevlax Rayon Polis Şöbəsinin İTB-yə göndərilməsi qərara alınmışdır. xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində Yevlax rayonu Yuxarı Qarxun kəndində aralarında yaranmış mübahisə zamanı X2 döymüşdür. İşdə olan xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs müdafiəçidən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında is üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında is üzrə icraat aparılan şəxs Şəxs əməlində ağırlaşdırıcı hal müəyyən edilmədi. Məhkəmə Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın xarakterini və mahiyyətini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1 -ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əməlindən səmimi peşmançılığını, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan İnzibati cərimə növündə tənbeh edilməlidir. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51,114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxx 1980-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayonu Yuxarı Qarxun kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədirlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar