Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-924/2024 18.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Səlahiyətli orqanın nümayəndələri X5 və X2, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Yevlax regional miqrasiya idarəsinin baş inspektoru, kiçik miqrasiya xidməti müşaviri X5 28 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Yevlax regional miqrasiya idarəsinin baş inspektoru, kiçik miqrasiya xidməti müşaviri X9 tərəfindən 28 avqust 2024cü il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərar ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 3000 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, xx.xx.2024-cü il tarixində ünvan 1 ünvanında yerləşən “Çinar” adlı təsərrüfat subyektinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan qanunsuz olaraq Rusiya Federasiyası vətəndaşı Afan Alievin işə cəlb edilməsi müəyyən olunmuşdur. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X7 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Yevlax regional miqrasiya idarəsinin baş inspektoru, kiçik miqrasiya xidməti müşaviri X9 tərəfindən barəsində qərəzli olaraq heç bir əsas olmadan 28 avqust 2024-cü il tarixli MN ******* saylı qərarla İXM-nin 578.1 -ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, həmin qərarda qeyd olunur ki, xx.xx.2024-cü il tarixində ünvan 1 ünvanında yerləşən “Çinar” adlı təsərrüfat subyektinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikas Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan qanunsuz olaraq Rusiya Federasiyası vətəndaşı Afan Alievin guya işə cəlb edilməsi müəyyən olunmuşdur. Lakin onun belə bir işçisi ümumiyyətlə yoxdur. Qərarda adı qeyd olunan şəxs işçilərimdən X4 dostudur. O işdə olmayan vaxtlar Afan Aliev işçim X4 yanında olmuş, onunla bərabər kafedə hərəkət etmişdir. X12 adlı şəxs işə götürülməmiş, həmin şəxsə hər hansı bir əmək haqqı ödənilməmişdir. O, həmin qərarla razılaşmır. Hesab edir ki, barəsində tərtib olunmuş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İnzibati tənbeh vermə haqqında 28 avqust 2024-cü il tarixli MN ******* saylı qərar tam əsassız və qanunsuzdur. Ona görə də, o, şikayətinin təmin olunması üçün məhkəməyə müraciət etmək məcburityyətində qalmışdır. Barəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Yevlax regional miqrasiya idarəsinin baş inspektoru, kiçik miqrasiya xidməti müşaviri X9 tərəfindən tərtib olunmuş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İnzibati tənbeh vermə haqqında 28 avqust 2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Səlahiyyətli orqanın nümayəndəsi X9 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Rusiya Federasiyası vətəndaşı Afan Aliev qanunsuz əmək fəaliyyəti ilə məşğul olduğu üçün xx.xx.2024-cü il tarixində ünvan 1 ünvanında yerləşən “Çinar” adlı təsərrüfat subyektinin vəzifəli şəxsi X7 məsuliyyətə cəlb olunmuşdur. Müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən “Çinar” adlı təsərrüfat subyekti X7 tərəfindən vergi orqanından qeydiyyatdan keçməklə idarə olunur. Bunun əsasında X3 barəsində İXM-nin müvafiq maddəsi ilə inzibati icraat başlanılmış və müvafiq qərar qəbul edilmiş və şəxsə göndərilmişdir. Məhkəmənin suallarına cavab olaraq Fərid Sayılov bildirmişdir ki, Afan Əliyevin sözügedən obyektdə işələməsini vizual müşahidə ilə aşkarlamış, bununla bağlı sübutu isə yalnız Afan Əliyevin idarədə verdiyi izahatıdır, həmçinin tərəfindən məsələ ilə bağlı Afan Əliyevə hər hansı təziq göstərilməmiş, sonuncu izahatını könüllü yazmışdır. Şikayətin tam əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X15 oğlu çıxış edərək bildirmişdir ki, həmin obyektdə işləyən X8 onun dostudur. Bəzən dostu ilə görüşmək üçün onun işlədiyi “Çinar” kafesinə gedir. Orada heç vaxt işləməyib. ünvan 1 ünvanında yerləşən “Çinar” adlı obyektin sahibi X7 ilə heç bir əlaqəsi yoxdur. İclasa sədrlik edən tərəfindən miqrasiya idarəsində hansı səbəbdən hazırki ifadəsi ilə ziddiyyətli ifadə verdiyi soruşulduqda Afan Əliyev bildirmişdir ki, ona miqrasiya idarəsində guya “Çinar” kafesində işləməsi ilə bağlı izahat vermədiyi halda xarici ölkə vətəndaşı olduğu üçün ölkə hüdudlarından kənara çıxarılacağı deyildiyindən, Azərbaycandan deport olunmaqdan qorxduğu üçün o cür ifadə verdiyini bildirmişdir. Əslində isə Fikrət Məmmədlini tanımadığını bəzi vaxtlarda dostu Emral ilə görüşmək məqsədi ilə sözügedən kafeyə getdiyini, heç kimdən əmək haqqı almadığını və orada işləmədiyini bir daha bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirdi ki, O hazırda “Çinar” kafesində xidmətçi işləyir. Afan Aliev isə onun dostudur. Afan Əliyev bəzən görüşmək üçün onun işlədiyi “Çinar” kafesinə gəlib-getmiş. Orada heç vaxt işləməmiş və əmək haqqı almamışdır. Yalnızca bir iki dəfə onun xahişi ilə Afan Əliyev stolun üzərində olan podnisi oradan götürüb onun dediyi yerə qoymuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X11 bildirdi ki, O hazırda “Çinar” kafesində administrator işləyir. Afan Aliev onun iş yoldaşı Emral Şiralıyevin dostudur. Bəzən dostu ilə görüşmək üçün “Çinar” kafesinə gəlib getmişdir. Afan Əliyev orada heç vaxt işçi olmayıb. “Çinar” adlı obyektin sahibi X7 ilə heç bir əlaqəsi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 28 avqust 2024-cü il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixində ünvan 1 ünvanında yerləşən “Çinar” adlı təsərrüfat subyektinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan qanunsuz olaraq Rusiya Federasiyası vətəndaşı Afan Alievin işə cəlb edilməsi müəyyən olunmuşdur. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər İdarəsinin **********9 saylı arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən “Çinar” adlı təsərrüfat subyektində vergi ödəyicisi X7 (VÖEN: **********) fəaliyyət göstərir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Maddə 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Maddə 9.1. inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Maddə 21. inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Maddə 76.1. inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Maddə 134.1.4. inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Maddə 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Maddə 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Maddə 578.1. İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Yevlax regional miqrasiya idarəsinin 28 avqust 2024-cü il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərar ləğv edilməlidir. Çünki tam və obyektiv araşdırılma aparılmamış, Dövlət Miqrasiya Xidməti Yevlax regional miqrasiya idarəsi tərəfindən şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün əsas kimi Afan Əliyevin izahatına istinad olunmuş, sözügedən izahat isə məhkəmə iclasında həmin şəxsin özünün və iş üzrə şahidlərin izahatları ilə təkzib olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinın 133-137-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, Qərara aldı: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Yevlax regional miqrasiya idarəsinin 28 avqust 2024-cü il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilsin və X7 inzibati məsuliyyətdən azad edilsin. İmza Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-924/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-924/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver