Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-926/2020 20.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin DYPB-nin DAM-şi polis baş leytenantı X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxslər X9 və X6 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində sürücülük hüququ olmadan, etibarnaməsiz, sərxoş vəziyyətində idarə etdiyi VAZ 2106 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili Yevlax-Mingəçevir asfalt yolunun Yevlax rayonu Salahlı kəndi ərazisindən keçən hissəsində üzü Mingəçevir şəhəri istiqamətində ötmə əməliyyatı edən zaman idarəetməni itirərək, qarşıda eyni istiqamətli hərəkətdə olan X6 idarə etdiyi QAZ 2410 markalı, ** HP *** dövlət qeydiyyat nişanlı avtomobili sol arxa küncündən vuraraq ehtiyyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Vaz 2106 markalı avtomobildə sərnişin qismində əyləşmiş X7 gicgah nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan yarası, sol mil-bilək oynağının arxa səthinin sıyrığı xəsarəti almışdır. Məhəkəm iclasında inzibati xəta haqqında protoloku tərtib etmiş Yevlax RPŞ-nin DYPB-nin DAM-şi polis baş leytenantı X8 izah etdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 20 radələrində idarə etdiyi VAZ 2106 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili Yevlax-Mingəçevir asfalt yolunun Yevlax rayonu Salahlı kəndi ərazisindən keçən hissəsində üzü Mingəçevir şəhəri istiqamətində ötmə əməliyyatı edən zaman idarəetməni itirərək, qarşıda eyni istiqamətli hərəkətdə olan X6 idarə etdiyi QAZ 2410 markalı, ** HP *** dövlət qeydiyyat nişanlı avtomobili sol arxa küncündən vuraraq ehtiyyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmiş və nəticədə Vaz 2106 markalı avtomobildə sərnişin qismində əyləşmiş X7 gicgah nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan yarası, sol mil-bilək oynağının arxa səthinin sıyrığı xəsarəti almışdır. Bu barədə RPŞ-nin TB-də araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Sürücü Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 333.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olduğundan qərarın surəti aidiyyəti üzrə DYPB-nə göndərilmişdir. Bu barədə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.4-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Tərtər rayonu, Səhləbad kəndində yaşayır. Avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində sürücülük hüququ və etibarnaməsi olmadan sərxoş vəziyyətdə idarə etdiyi VAZ 2106 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman, Yevlax-Mingəçevir asfalt yolunun Yevlax rayonu, Salahlı kəndi ərazisindən keçən hissəsində üzü Mingəçevir şəhəri istiqamətində ötmə əməliyyatı edən zaman idarəetməni itirmiş və qarşıda eyni istiqamətdə hərəkətdə olan X6 idarə etdiyi QAZ 2410 markalı, ** HP *** dövlət qeydiyyat nişanlı avtomobiliin sol arxa küncündən vuraraq ehtiyyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə onun avtomobilində sərnişin qismində əyləşmiş X7 gicgah nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan yarası, sol mil-bilək oynağının arxa səthinin sıyrığı xəsarəti almışdır. Digər avtomobildə olan sürücü və sərnişin heç bir bədən xəsarəti almamışlar. Şahmalı Əhmədova və Azay Məmmədova vurmuş olduğu ziyanı ödəmişdir. Hazırda əmlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslərə vurmuş olduğu maddi ziyanı ödəməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izah etdi ki, idarə etdiyi Qaz 2410 markalı, ** HP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X2 məxsusdur və etibarnamə ilə X3 etibar olunmuşdur. Həmin nəqliyyat vasitəsini idarə edən zaman Elzamin Əhmədov onun yanında olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Bəhrəmtəpə Mingəçevir yolunda Mingəçevir şəhəri istiqamətində hərəkətdə olan zaman Yevlax rayon Salahlı kəndi ərazisində arxadan gələn VAZ 2106 markalı avtomobil ötmə əməliyyatı etmiş və həmin vaxt onun avtomobilinin sol arxa tərəfindən vurmuşdur. Toqquşma zamanı onun idarə etdiyi avtomobil 2-3 dəfə dövrə etmiş və yolun sol kənarında dayanmışdır. Yol nəqliyyat hadisəsi zamanı o və sərnişin Elzamin Əhmədov heç bir bədən xəsarəti almamışlar. Şəxs tərəfindən ona dəymiş olan maddi ziyan tam şəkildə ödənilmişdir və hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənilməsini və hazırda ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alraq, Şəxs barəsində qanunda nəzərdə tutulmuş daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X14 izah etdi ki, Şəxs onun qardaşıdır. VAZ 2106 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil atası X13 məxsusdur. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 20 radələrində Güloğlan ilə birlikdə Bəhrəmtəpə Mingəçevir yolunda Mingəçevir şəhəri istiqamətində hərəkətdə olan zaman avtomobili qardaşı Şəxs idarə etmişdir. Yevlax rayon Salahlı kəndi ərazisində yolun sağı ilə hərəkətdə olan zaman Güloğlan idarə etdiyi avtomobillə QAZ 2410 markalı avtomobillə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi zamanı o, sağlamlığa yüngül zərər vuran bədən xəsarəti almışdır. Şəxs tərəfindən ona dəymiş olan ziyan ödənilmişdir və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənilməsini və hazırda ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alraq, Şəxs barəsində qanunda nəzərdə tutulmuş daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin DYPB-nin DAM-şi polis baş leytenantı X4 və zərərçəkmiş şəxslər X10 və X9 izahatlarını dinləyib, iş materiallarını tətqiq edərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli cinayət işi başlanmsının rədd edilməsi haqqında qərardan məlum olur ki, Şəxs hadisə zamanı alkaqol sərxoşluğu olmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli cinayət işi başlanmsının rədd edilməsi haqqında qərardan məlum olur ki, məhkəmə-tibb müayinəsi zamanı X6 bədən səthində onun travma almasını göstərən obyektiv tibbi əlamətləri aşkar edilməmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli cinayət işi başlanmsının rədd edilməsi haqqında qərardan məlum olur ki, yol nəqliyyat hadisəsi zamanı X14 sağlamlığa Yüngül zərər vuran xəsarətlər almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi, zərərçəkmiş şəxslərə vurmuş olduğu zərəri ödəməsi, zərərçəkmiş şəxslərin ondan hüç bir şikayət və tələblərinin olmamasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmançılığı, şəxsiyyəti, inzibati xətanın xarakteri və mahiyyəti nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurmuş olduğu zərəri ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxx 1978-ci il tarixdə Tərtər rayonu, Səhləbad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər rayonu, Səhləbad kəndində qeydiyyatda olan və yaşayan Şəxs, Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsi ilə təqsirli bilinib, 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlı̇ k edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-926/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-926/2020
20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver