Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-929/2021 07.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı, 06 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 06.12.2021-ci il tarixdə saat 19:30da sərxoş halda Yevlax şəhəri H.Əliyev prospektində Yeni Azərbaycan Partiyasının inzibati binasının yaxınlığında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 çıxış edərək bildirmişdir ki, 06.12.2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməkdaşları Yevlax şəhəri H.Əliyev prospektində xidmətdə olan zaman saat 19:30-da iki nəfər şəxsin səs-küy saldığını və öz aralarında mübahisə etdiklərini görmüşlər. Polis əməkdaşalrı həmin vətəndaşlara yaxınlaşıb onları nizam-intizama dəvət etmişlər. Vətəndaşlar polis əməkdaşlarına tabesizlik göstərmiş və polis əməkdaşları vətəndaşlarıı polis şöbəsinə aparmışlar. Polis şöbəsində həmin vətəndaşların Şəxs və X5 olduğu müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında bildirmişdir ki, 06 dekabr 2021-ci il tarixdə dostu X5 ilə yeyib içmişlər. Bundan sonra saat 19:30-da Yevlax şəhəri H.Əliyev prospektində gəzişərkən sərxoş olduqları üçün Elvin ilə aralarında mübahisə olmuşdur. Polis əməkdaşları onlara yaxınlaşdıqda o, özündə olmadığı üçün tabesizlik göstərmişdir. Hazırda əməlindən peşman olmasını, polislərdən üzr istədiyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon X9-patrul xidməti bölüyünün polis nəfəri X1 çıxış edərək bildirmişdir ki, 06.12.2021-ci il tarixdə o, post yoldaşı Eşqin Hüseynov ilə birlikdə Yevlax şəhəri H.Əliyev prospektində xidmətdə olan zaman saat 19:30-da iki nəfər şəxsin səs-küy saldığını və öz aralarında mübahisə etdiklərini görmüşlər. Onlar həmin vətəndaşlara yaxınlaşıb və onları nizam-intizama dəvət etmişlər. Vətəndaşlar onlara tabesizlik göstərərək müdaxilə ütməməyi bildirərək mübahisə etməyə davam etmişlər. Bundan sonra onlar həmin vətəndaşları polis şöbəsinə aparmışlar. Polis şöbəsində həmin vətəndaşların Şəxs və X5 olduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN ******* saylı, 06 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 06.12.2021-ci il tarixdə saat 19:30-da sərxoş halda Yevlax şəhəri H.Əliyev prospektində Yeni Azərbaycan Partiyasının inzibati binasının yaxınlığında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; 06 dekabr 2021-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 06 dekabr 2021-ci il tarixdə saat 21:00-da tutulmuşdur; sərxoşluğun müayinəsinə dair 06 dekabr 2021-ci il tarixli, 251 №li protokoldan görünür ki, həmin tarixdə saat 19:58-də Şəxs orta dərəcə sərxoş olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin izahatı, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətanın sərxoş halda törədilməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs 06 dekabr 2021-ci il tarixdən inzibati qaydada tutulması nəzərə alınaraq təyin edilmiş inzibati cərimə yüngülləşdirilərək 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-929/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-929/2021
07.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver